"Euronews" XII Qlobal Bakı Forumuna həsr olunan reportaj hazırlayıb - VİDEO
Yusif Nəzərli
09:00 25.03.2025
Media
391
“Euronews” telekanalının “Focus” verilişində Bakıda keçirilən XII Qlobal Bakı Forumuna həsr olunan reportaj yayımlanıb.
APA xəbər verir ki, kanalın rəsmi portalında dərc edilən reportajda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı ilə keçirilən bu nüfuzlu tədbirin qlobal çağırışların dəyərləndirilməsi üçün geniş imkanlar açdığı, məhz bu məqsədlə iştirakçı ölkələrin siyasi xadimlərini və səlahiyyətli şəxslərini görüşdürdüyü vurğulanıb.
Videomaterialda forumun müzakirə mövzuları da dəyərləndirilib. Qeyd olunub ki, iştirakçılar Cənubi Qafqaz regionunda təhlükəsizlik, Avropa İttifaqının genişləndirilməsi, iştirakçı ölkələr arasında yeni əməkdaşlıq imkanları və digər məsələlər ilə bağlı geniş fakir mübadiləsi aparıblar.
Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsindən görüntülər də təqdim olunub. Burada isə Prezident İlham Əliyev Cənubi Qafqaz təhlükəsizlik mexanizminin yaradılmasının önəmini ifadə edir.
Müəllif Prezident İlham Əliyevin bu istiqamətdəki fikirlərini də tamaşaçılara təqdim edib:
“Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi