Rusiya yeganə aviadaşıyıcısını itirmək təhlükəsi ilə üz-üzədir
11:11 29.07.2025
Dünya
501
Rusiya Hərbi Dəniz Qüvvələrinin yeganə aviadaşıyıcısı olan “Admiral Kuznetsov” gəmisinin taleyi hələ də qeyri-müəyyən olaraq qalır. Rusiya rəsmiləri gəminin artıq təmir olunmayacağını açıqlayıb. Bu qərar, Rusiya donanmasının nüfuz itkisi və Qara dənizdəki zəifləyən gücünün simvolu kimi qiymətləndirilir.
Sherg.az xəbər verir ki, 1985-ci ildə istifadəyə verilmiş “Admiral Kuznetsov” gəmisi 2017-ci ildən bəri xidmətdən kənarda idi. Onun təmiri illərlə ləngidildi, xərclər isə getdikcə artdı. Bu vəziyyət gəminin müasir döyüş şərtlərinə uyğunluğu ilə bağlı suallar doğurdu.
Rusiya dövlət gəmiqayırma şirkəti olan USC-nin prezidenti Andrey Kostin, “Kommersant” qəzetinə açıqlamasında “Artıq onu təmir etməyin mənası yoxdur” deyə bildirib.
"Admiral Kuznetsov", Moskvanın Suriyadakı hərbi əməliyyatlarında iştirak etsə də, son səkkiz ildə tamamilə fəaliyyətsiz qalıb. Onun utilizasiyası, xüsusilə Ukraynanın pilotsuz uçuş aparatlarının Rusiya Qara dəniz Donanmasını Krımdakı əsas bazasından uzaqlaşdırmasından sonra, Rusiyanın dəniz gücünün zəiflədiyinə dair göstərici kimi dəyərləndirilir.
Kostin, Rusiyanın şimal-qərbində bir nüvə sualtı gəmisinin təhvil mərasimindən sonra jurnalistlərin suallarını cavablandırarkən, gəminin artıq ya satılacağını, ya da utilizasiya ediləcəyini, lakin hələlik yekun qərarın verilmədiyini bildirib.
305 metr uzunluğunda olan “Admiral Kuznetsov”, Sovet İttifaqı tərəfindən inşa edilmiş son ağır aviadaşıyıcı gəmi idi. O, hava qüvvəsi və hücum qabiliyyətini birləşdirmək məqsədilə dizayn edilmişdi. SSRİ-nin dağılmasından sonra gəmi Rusiyanın Şimal Donanmasına təhvil verildi və Suriya münaqişəsində istifadə olundu.
59 min tonluq yükqaldırma qabiliyyətinə malik gəmi, 8 400 dəniz mili məsafə qət edə bilir, 2 600 nəfərlik heyəti daşıya bilir və göyərtəsində 26 sabit qanadlı qırıcı təyyarə ilə 24 helikopter yerləşdirə bilirdi.
Lakin gəmi illərdir texniki nasazlıqlarla üzləşirdi. ABŞ-ın “The National Interest” jurnalı onu dünyanın ən zəif aviadaşıyıcıları siyahısına daxil etmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm