Bako Sahakyan “Hayastan” ümumerməni fondunun üzvü olduğunu məhkəmədə təsdiqləyib
10:40 21.06.2025
Hərbi
329
İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan vaxtilə “Hayastan” ümumerməni fondunun üzvlərindən biri olduğunu təsdiqləyib.
APA xəbər verir ki, o, prokurorun suallarını cavablandırarkən Ermənistan hakimiyyətinin nümayəndələrinin, qondarma qurumun “rəhbərləri”nin fondun üzvü olduqlarını söyləyib.
O, fonda dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin, habelə Ermənistan vətəndaşı olan biznesmenlərin ianələr etdiklərini deyib.
B.Sahakyan bildirib ki, fonda yığılan vəsaitlərin bir hissəsi Ermənistana, bir hissəsi isə qondarma rejimə sərf edilib. O, fondun gördüyü işlərdən birini də açıqlayıb. Bildirib ki, fondun vəsaiti hesabına Ermənistandan Xankəndiyə iki yol çəkilib. Bunlar İrəvan-Gorus-Xankəndi və İrəvan-Basarkeçər-Xankəndi magistral yollarıdır.
Prokurorun sualını cavablandıran B.Sahakyan Ermənistandan verilən hərbi texnikaların həmin magistral yollarla Azərbaycanın vaxtilə işğal altında olan ərazilərinə gətirildiyini də təsdiqləyib.
Fondun vəsaitlərinin bir hissəsi isə Azərbaycanın vaxtilə işğalda altında olmuş ərazilərində qanunsuz məskunlaşmaya sərf edilib.
Xatırladaq ki, “Hayastan” ümumerməni fondu 1992-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyanın fərmanı ilə yaradılıb .
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünya bazarından 1 milyard barel neft yoxa çıxıb - GÜNDƏM
14:48 12.05.2026
İqtisadiyyat
Naim Qasım: Livanı İsrail üçün cəhənnəmə çevirəcəyik
14:39 12.05.2026
Gündəm
Allahşükür Paşazadə Gürcüstanın yeni patriarxını təbrik edib
14:36 12.05.2026
Gündəm
Rusiyada məktəbdə atışma olub, yaralılar var
13:51 12.05.2026
Hadisə
Tehran-Bakı reyslərinin sayı gələn həftədən artırılacaq
13:36 12.05.2026
Gündəm
Azərbaycanda inflyasiya 5,6% artıb
13:24 12.05.2026
İqtisadiyyat
Ərdoğan Qazaxıstana səfər edəcək
13:14 12.05.2026
Gündəm
İran uranı 90 faizədək zənginləşdirə bilər
12:41 12.05.2026
Dünya
Avropa klublarını Tovuza gətirənlərə eşq olsun! - Fazil Mustafa
12:40 12.05.2026
Futbol
İran ABŞ ilə danışıqları mümkün hesab edir
12:27 12.05.2026
Gündəm
Xocavəndə növbəti köç karvanında 18 ailə yola salınıb
12:11 12.05.2026
Qarabağ
Ötən həftə 71 piyada əleyhinə mina zərərsizləşdirildi
11:19 12.05.2026
Hadisə
Tramp Çinə səfərinin nəticəsində “böyük işlər” vəd etdi
11:14 12.05.2026
Gündəm
Zelenski: Atəşkəs bitdi, Rusiya yenidən başladı
11:11 12.05.2026
Dünya