Bundan sonra da Azərbaycan-NATO əməkdaşlığı davam etdiriləcək -Politoloq
10:53 29.12.2024
Hərbi
572
"İl ərzində hərbi-siyasi məsələlər üzrə çoxtərəfli və ikitərəfli xarici siyasi fəaliyyət davam etdirilib". Bu, Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.
Məlumatda bildirilib ki, Azərbaycan-NATO tərəfdaşlığı öz əhəmiyyətini saxlayaraq, tərəflər arasında siyasi dialoq və praktiki əməkdaşlıq davam etdirilib, qarşılıqlı səfərlər həyata keçirilib. 2024-cü il, həmçinin Azərbaycanın Sülh Naminə Tərəfdaşlıq Proqramı Çərçivə Sənədinə qoşulmasının 30-cu ildönümü ilə əlamətdar olub və silsilə tədbirlər təşkil edilib.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, Azərbaycan və NATO münasibətləri yüksələn xətlə inkişaf edir:
“Xüsusilə də ölkəmizin Alyansın ikinci böyük hərbi gücü olan Türkiyəylə əməkdaşlığı Azərbaycan-NATO əlaqələrində əhəmiyyətli yer tutan elementlərindən biridir. Azərbaycan Sülh naminə Tərəfdaşlıq proqramı çərçivəsində NATO-nun bir çox tədbirlərində iştirak edib. Eləcə də “Şərq Tərəşdaşlığı” çərçivəsində Azərbaycan NATO qoşunlarının yanında sülh yaratma prosesində yaxından fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan Ordusu İraq, Əfqanıstan və digər bölgələrdə sülhün yaradılması ilə bağlı öz mövqeyini sərgiləyib. Azərbaycan Ordusunun NATO standartları çərçivəsində qurulması istiqamətində son zamanlar sürətli şəkildə islahatlar həyata keçirilir. Qeyd etmək lazımdır ki, bu çərçivədə “Komondo” qoşun növünün yaradılmasını özündə ehtiva edir. Bundan sonra da Azərbaycan və NATO əməkdaşlığı davam etdiriləcək. Azərbaycan parlamentariləri NATO Parlament Assambleyasının iclaslarında fəal şəkildə iştirak edirlər və irəli sürülən məsələlərlə bağlı tərəfdaşlıq proqramı fonunda rəsmi Bakı tərəfindən mühim addımlar atılır. NATO-nun yeni baş katibi Mark Ruttenin Azərbaycanla əməkdaşlıq istiqamətində verdiyi müsbət açıqlamalar şübhəsiz ki, iki tərəf arasındakı münasibətlərin daha da genişləndirilməsinə töhvə verəcək amillərdəndir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm