
Həm NATO, həm də Azərbaycan Baş Qərargahı hərbi əməkdaşlığın davamında maraqlıdır -RƏY
11:00 16.01.2025
Hərbi
650
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən iclasında iştirak edib.
Bu barədə Azərbaycan MN məlumat yayıb.
NATO-nun üzv və tərəfdaş ölkələri ordularının baş qərargah rəislərinin iştirakı ilə keçirilən iclasda çıxış edən general-polkovnik K.Vəliyev ölkəmizin NATO ilə əməkdaşlığının inkişaf perspektivləri, Qətiyyətli Dəstək Missiyası və digər əməliyyatlarda fəaliyyəti, habelə Azərbaycan Ordusunun NATO-nun keçirdiyi müxtəlif təlim və tədbirlərdə əldə etdiyi təcrübədən danışıb.
Azərbaycanın Avro-Atlantik məkanında və onun hüdudlarından kənarda sülhə və təhlükəsizliyə daim töhfə verdiyini qeyd edən general-polkovnik K.Vəliyev, ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş tərəfdaş kimi beynəlxalq sülhə və təhlükəsizliyə daha çox töhfə vermək niyyətində olduğunu bildirib.
Səfər çərçivəsində Baş Qərargah rəisinin iclasda iştirak edən bəzi həmkarları ilə görüşləri planlaşdırılır.
Hərbi ekspert Elxan Şıxalıyev "Sherg.az"a deyib ki, Azərbaycan və NATO əlaqələrinin çox dərin tarixi var:

"NATO ilə 1992-ci ildən başlanan münasibətlər 1994-cü ildə imzalanmış "Sülh naminə tərəfdaşlıq proqramı" çərçivəsində uğurla davam edir. 2004-cü ildə də "Fərdi əməkdaşlıq proqramı"na qoşulmaqla NATO-nun əməliyyat imkanları konsepsiyasının davamında Azərbaycan Silahlı Qüvvələri ilə təlimlərdə və sülhməramlı qüvvələrin tərkibində iştirakı həyata keçirib. Kosovo, Əfqanıstan və İranda sülhməramlı qüvvələrin daxilində fəaliyyətinin yaxın tarixdə nümunələri var. Bu günlərdə Brüsseldə keçirilən iclasda NATO-ya üzv ölkələrin silahlı qüvvələrinin baş qərargahları ilə yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin baş dərəcəli rəisinin də iştirakı və çıxışı təsadüfi deyil. Hətta konstitusiyamızda da Azərbaycanın Avro-Atlantik məkanında, dolayısı ilə NATO ilə əməkdaşlıqda maraqlı olduğumuz da öz əksini tapıb. Üstəlik, Cənubi Qafqazda Azərbaycan və Türkiyənin strateji əməkdaşlığının üzərindən silahlı qüvvələr olaraq NATO standartlarına uyğunlaşdırılmış çox az ölkələrdən biridir. Bu səbəbdən də ordunun Türkiyə vasitəsilə silahlanması, təhsil sistemi, əlaqələri və təlimləri Azərbaycanın NATO qüvvələrinə maksimum uyğunlaşdırılıb".
Ekspertim fikrincə, Azərbaycan silahlı qüvvələrinin NATO ilə əməkdaşlıq, inteqrasiya, həmçinin gələcəkdə təlim və tədbirlərin birgə olaraq keçirilməsi də gözləniləndir:
"Həm NATO, həm də Azərbaycan Baş Qərargahı hərbi əməkdaşlığın davamında maraqlıdır. Eyni zamanda növbəti mərhələdəki əlaqələr ərazilərimizin işğaldan azad olunması, suverenliyimizin və müstəqilliyimizin tamamilə bərpa edilməsi şəraitində qalib ölkənin silahlı qüvvələri kimi inkişaf edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi