Husilər Ben-Qurion hava limanına zərbə endirdi

Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) İsrailin Tel-Əviv şəhərində yerləşən Ben-Qurion hava limanına zərbə endiriblər.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriə məlumat yayıb.

"Raket qoşunları hipersəsli ballistik raketdən istifadə edərək hava limanına hücum həyata keçiriblər", - o deyib.

Sariənin sözlərinə görə, İsrail ərazisində daha üç hədəfə zərbələr endirilib.