Milli Müdafiə Universitetinin Hərbi Kollecinə tələbə qəbulu davam edir
Yusif Nəzərli
06:40 13.04.2024
Hərbi
657
Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2024–2025-ci tədris ilinə Milli Müdafiə Universitetinin Hərbi Kollecinə tələbə qəbulu davam edir.
MN-dən verilən xəbərə görə, kollec peşəkar hərbçilərin təhsilini və hazırlığını təmin etmək üçün dərin və müasir təhsil proqramı təklif edir. Yeni təhsil ocağında hərbi mütəxəssislərə öz sahələrində praktiki məşğələlər təmin etmək məqsədilə ətraflı tədris imkanları da təqdim edilir. Tədris zamanı yeni nəsil silah və hərbi texnika modellərindən, trenajorlardan müasir standartlara cavab verən tədris komplekslərindən, laboratoriyalardan, təlim mərkəzlərindən maksimum bəhrələnməklə təlim-tədris proseslərinin səmərəli təşkil edilməsi nəticəsində qabaqcıl texnologiyanın imkanlarından yüksək səviyyədə istifadə edilməsi təmin edilir.
Təhsil müddəti boyunca Hərbi Kollecin kursantlarına aşağıdakı aylıq ödəmələr təmin edilir:
• 100 manat məbləğində təqaüd
• 200 manat məbləğində ailə üzvlərinə maddi yardım
• 150 manat məbləğində hesabda yığılan ödəniş
Hərbi Kollec peşə sahibi olmaq istəyən bütün potensial gənclərə qapılarını açır. Qəbul qaydaları və tədris prosesi ilə bağlı ətraflı məlumat almaq üçün, mmu.edu.az veb-saytına daxil olun və ya 0811 qısa nömrəsinə zəng edin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət