Naxçıvanda artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi keçirilib - VİDEO
Naxçıvanda artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi keçirilib - VİDEO
07:59 02.10.2024
Hərbi
746
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hazırlıq planına əsasən, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib.
Bu barədə Sherg.az-a MN-in Mətbuat Xidmətindən məlumat verilib.
Təlimin ssenarisinə uyğun olaraq, bölmələr həyəcan siqnalı ilə daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonuna çıxarılıb. İcra olunacaq fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə uyğun qəbul edilmiş qərara əsasən zabitlərin məruzələri dinlənilib.
Bölmələr marşrut üzrə müxtəlif maneələri dəf edərək atəş mövqelərinin tutulması, döyüş texnikası və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətləri icra edib.
PUA bölmələri ilə qarşılıqlı əlaqədə şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin olunub.
Praktiki atışlar zamanı planlı və plandankənar hədəflər dəqiqliklə məhv edilib.
Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, həmçinin komandir heyətinin artilleriya bölmələrini idarəetmə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən nümunəvi təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi