Niderland F-16-ların son partiyasını Ukraynaya göndərdi

Niderland Ukraynaya vəd etdiyi F-16 qırıcılarının son partiyasını da göndərib.

Publika.az xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün təyyarələr Volkel aviabazasından Belçikaya uçub, orada çatdırılma üçün hazırlanır. Ümumilikdə, Ukraynaya 24 qırıcı göndərilib”, - məlumatda deyilir.