Polşa min kilometrədək məsafədə hədəfləri vura bilən PUA sistemlərini sınaqdan keçirəcək

Polşa Silahlı Qüvvələri yaxın günlərdə 1000 kilometrədək məsafədə hədəfləri vurmaq imkanına malik pilotsuz sistemlərin sınaqlarına başlayacaq.

“Defence24” portalı xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.

Onun sözlərinə görə, sınaqlar “Deep Precision Strike” konsepsiyası çərçivəsində həyata keçiriləcək və məqsəd nisbətən ucuz pilotsuz silah sistemlərindən istifadə etməklə uzaq məsafələrə dəqiq zərbələr endirmək imkanlarını yoxlamaqdır.

“Biz Polşa sənayesinin hazırladığı sistemləri, o cümlədən onların təxminən 1000 kilometr məsafədə fəaliyyət göstərmək imkanlarını sınaqdan keçirəcəyik”, – Tomçik qeyd edib.