
Suat Delgen: Türkiyə, Gürcüstan və Azərbaycan arasında güclü hərbi əməkdaşlıq mövcuddur
11:05 03.06.2025
Hərbi
444
Gürcüstanın Müdafiə Nazirliyi mehriban qonşuluq münasibətləri çərçivəsində Azərbaycan və Türkiyənin müdafiə nazirlikləri ilə əməkdaşlığı davam etdirir. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin illik hesabatında bildirilib. Sənəddə deyilir ki, Regional təhlükəsizliyin möhkəmləndirilməsi və silahlı qüvvələr arasında sıx əlaqələrin qurulması məqsədi daşıyan Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı uğurla fəaliyyət göstərir. Hesabatda vurğulanıb ki, 2024-cü ildə Gürcüstan Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşünə və “Eternity” üçtərəfli təliminə ev sahibliyi edib. Qeyd edək ki, İ.Kobaxidze illik hesabatı iyunun 27-də parlamentdə təqdim edəcək.
Türkiyə Müdafiə Sənayesi və xarici siyasət analitiki Suat Delgen Sherg.az-a söyləyib ki, Türkiyə, Gürcüstan və Azərbaycan arasında güclü hərbi əməkdaşlıq mövcuddur:

“Bu üç ölkə regional sabitlik və təhlükəsizliyin təmin olunması üçün birgə hərəkət edir. Həmçinin ortaq hərbi təlimlər də keçirirlər. Cənubi Qafqazda bu ölkələrin birgə fəaliyyəti həm regional sülhə, həm də iqtisadi inteqrasiyaya və təhlükəsizliyə müsbət təsir göstərir. Azərbaycan ilə Ermənistan arasında sülh sazişi imzalandıqdan və iki ölkə arasında mövcud problemlər aradan qaldırıldıqdan sonra, zamanla Ermənistanın da bu əməkdaşlığa qoşulması regional inteqrasiyanın genişlənməsinə və iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə səbəb ola bilər. Bu baxımdan Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlıq qarşılıqlı etimada, regional inteqrasiyaya və sərhədlərin qorunması prinsiplərinə əsaslandığı üçün Ermənistanın da bu prinsiplərə riayət etməklə həmin əməkdaşlığa qoşulması bütün region ölkələrinin maraqlarına uyğun olacaq. Lakin bunun üçün ilk növbədə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və tarixdən qaynaqlanan münaqişə səbəblərinin aradan qaldırılması zəruridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan müharibə xəbərdarlığı etdi
15:46 12.05.2026
Dünya
Dünya bazarından 1 milyard barel neft yoxa çıxıb - GÜNDƏM
14:48 12.05.2026
İqtisadiyyat
Naim Qasım: Livanı İsrail üçün cəhənnəmə çevirəcəyik
14:39 12.05.2026
Gündəm
Allahşükür Paşazadə Gürcüstanın yeni patriarxını təbrik edib
14:36 12.05.2026
Gündəm
Rusiyada məktəbdə atışma olub, yaralılar var
13:51 12.05.2026
Hadisə
Tehran-Bakı reyslərinin sayı gələn həftədən artırılacaq
13:36 12.05.2026
Gündəm
Azərbaycanda inflyasiya 5,6% artıb
13:24 12.05.2026
İqtisadiyyat
Ərdoğan Qazaxıstana səfər edəcək
13:14 12.05.2026
Gündəm
İran uranı 90 faizədək zənginləşdirə bilər
12:41 12.05.2026
Dünya
Avropa klublarını Tovuza gətirənlərə eşq olsun! - Fazil Mustafa
12:40 12.05.2026
Futbol
İran ABŞ ilə danışıqları mümkün hesab edir
12:27 12.05.2026
Gündəm
Xocavəndə növbəti köç karvanında 18 ailə yola salınıb
12:11 12.05.2026
Qarabağ
Ötən həftə 71 piyada əleyhinə mina zərərsizləşdirildi
11:19 12.05.2026
Hadisə