ABŞ-də doğulan, lakin Çin adından yarışan fristayl xizəkçi Eileen Gu həm idmanda, həm də sosial mediada böyük populyarlıq qazanıb.
Sherg.az xəbər verir ki, 3 yaşından xizəyə başlayan Gu SAT imtahanında yüksək nəticə göstərərək Stanford Universitetinə qəbul olunub və kvant fizikası üzrə təhsil alır.
2019-cu ildə Çin millisində çıxış etmək qərarı ona qarşı tənqidlər doğursa da, o, bu seçimini Çinli gənc qızlara ilham vermək istəyi ilə izah edir.
Gu 2022-ci ildə keçirilən "Beijing 2022 Winter" olimpiadasında 2 qızıl, 1 gümüş medal qazanıb. 2026-cı il "Milan 2026 Winter" olimpiadasında isə artıq 2 gümüş medal əldə edib.
İllik gəliri 23 milyon dollar olan idmançının qazancının əsas hissəsi sponsorluq və moda müqavilələrindən gəlir.