DTX-nin saxladığı terrorçu bu binaları izləyib - Hədəfdə olan səfirlik
15:56 11.07.2023
Gündəm
469
Xəbər verdiyimiz kimi, iyulun 10-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran Əfqanıstan vətəndaşını saxlayıb.
Nazirliyin 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) saxlanılması ilə bağlı yaydığı məlumatda qeyd olunurdu:
"Adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycan Respublikasına gəlib, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparıb, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib".
Qeyd edək ki, DTX Əfqanıstan vətəndaşının Bakıda hansı ölkənin səfirliyində terror aktı törədəcəyini açıqlamamışdı. Ancaq xarici KİV-də bu məsələ ilə bağlı ilginc versiya səsləndirilib.
Bakupost.az xəbər verir ki, İsrail KİV saxlanılan Favzan Musa Xanın bu ölkənin Bakıdakı səfirliyinə qarşı terror aktı planlaşdırdığını yazıb.
İsrail mətbuatının məlumatına görə, saxlanılan Fəvzan Musa Xan İsrailin Bakıdakı səfirliyini izləyib:
"Təhlükəsizlik xidmətlərinin yaydığı fotoşəkillərə görə, əfqan Fəvzan Musa Xan, bir sıra digər səfirliklərlə yanaşı İsrailin Bakıdakı səfirliyinin yerləşdiyi Hyatt Regency otel kompleksini izləyib. Təhlükəsizlik xidmətləri şübhəlinin müşahidəsinin əməliyyat görüntülərini də yayıb.
“Son aylarda terrorçu qruplar tərəfindən hazırlanan və Azərbaycandakı İsrail və yəhudi hədəflərinə yönələn bir neçə hücum cəhdinin üstü açılıb”, - deyə İsrail mətbuatı yazır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya