Rusiya XİN Paşinyanın hücum etməmək paktı barədə Azərbaycana təklifinə münasibət bildirib
Rusiya XİN Paşinyanın hücum etməmək paktı barədə Azərbaycana təklifinə münasibət bildirib
11:34 31.01.2024
Siyasət
445
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etməsinə münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə bildirib ki, Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatların icra olunmasıdır:
“Biz əminik ki, Cənubi Qafqazda sabitliyin, dayanıqlı və uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatı üçtərəfli razılaşmaların tez bir zamanda ən yüksək səviyyədə həyata keçirilməsidir”.
O qeyd edib ki, bu, Bakı ilə İrəvanın barışmasının alternativsiz yol xəritəsidir. Buraya sülh müqaviləsinin hazırlanması da daxildir.
Xatırladaq ki, 28 yanvar tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan ordu günü ilə əlaqədar çıxışı zamanı, Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etdiklərini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks