
Novella Cəcəroğlu: Son variant hazırlanıb Prezidentə təqdim olunacaq
Novella Cəcəroğlu: Son variant hazırlanıb Prezidentə təqdim olunacaq
08:14 22.05.2024
Sosial
487
Əfv Fərmanının bu ay neçə nəfərə şamil olunacağına dair dəqiq məlumat yoxdur
Yaxın günlərdə Azərbaycan Prezidentinin növbəti Əfv sərəncamını imzalayacağı gözlənilir. Artıq Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır. Komissiyanın bu il indiyədək 5 iclası keçirilib. Növbəti iclas isə mayın 22-nə (bu günə) təyin olunub.
Qeyd edək ki, əfv ölkə prezidentinin müstəsna səlahiyyətindədir. Qanun dövlət başçısına məhkumu cəzanın qalan hissəsindən azad etmək; cəza müddətini azaltmaq; cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəzləmək hüquqları verir. Həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası maksimum 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
Belə ki, Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra qəti qərar qəbul edilməsi üçün Prezidentə təqdim olunur.
Mövzuya münasibət bildirən Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Fazil Mustafa Komissiyanın işini davam etdirdiyini, hər iclasda yüz ərizəyə baxıldığını deyib. Onun sözlərinə görə, 28 May - Respublika Günü ərəfəsində imzalanacaq əfv sərəncamında kimlərin əfv siyahısına düşəcəyi ilə bağlı hələ yekun nəticə yoxdur. Yekun qərarı Prezident verir, əfv sərəncamının imzalanması birbaşa ölkə başçısının müstəsna səlahiyyətindədir (Teleqraf.com).
Məsələnin konfidensial müzakirə olunduğunu vurğulayan millət vəkili qeyd edib ki, səsvermə ilə demokratik ortamda kimin əfvə düşməsi məqsədəuyğundursa, müzakirələrdə bunu qərara alırıq: “Amma bu siyahı yekun olaraq ölkə Prezidentinə təqdim olunur. Onun təsdiqi olmadan adlar haqqında danışmaq doğru deyil. Komissiya işini başa çatdırmamış, protokollar imzalanmamış hər hansı bir şəxsin adının çəkilməsi məqsədəuyğun sayılmır. Biz işimizi yekunlaşdırmaq üzrəyik. Bu həftə də müzakirəmiz olacaq. Yəqin ki, əfv üçün nəzərdə tutulan və qanunvericiliyə uyğun olaraq bu hüquqdan yararlanmaq istəyən şəxslərin siyahısı yekunlaşdıqdan sonra belə sərəncam veriləcək”.
Deputat qeyd edib ki, siyahı tərtib ediləndə məhkumun törətdiyi əmələ münasibətdə səmimi peşmanlığı, dəymiş zərərin ödənilməsi, yaxud bu istiqamətdə real addımların atılması, zərərçəkmiş şəxslə barışıq kimi digər amillər nəzərə alınır: "Cəzasının yarıdan çoxunu çəkmiş, həbsdə olduğu müddətdə nümunəvi davranış sərgiləyən məhkumlar bu hüquqdan yararlanır".
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə “Sherg.az”a açıqlamasında gözləntilərinin böyük olduğunu deyib:
“O qədər azad olunmalı insanlar var ki... Amma sözsüz ki, Monitorinq qrupu olaraq bizim də öz siyahımız var. Siyahımızda ömürlük məhbusların, inanclı insanların adı var. İstəyirik hər məhkumun evində bayram olsun. Onsuz da həbsdəki ömürlüklər xəstədirlər. Heç olmasa, azadlıq havasını ömürlərinin bundan sonrakı hissəsində udsunlar. Əfv etmək Prezidentin müstəsna səlahiyyətidir və biz də cənab Prezidentin hər zaman humanistliyinin şahidi olmuşuq”.

Fərmanın neçə nəfərə şamil olunacağına gəldikdə isə hüquq müdafiəçisi deyib ki, bu barədə də dəqiq məlumat yoxdur:
"Adətən son variant hazırlanır və cənab Prezidentə təqdim olunur. Yüzlərlə müraciət var və onların hamısına bir-bir, fərdi qaydada baxılır. Ona görə demək olmaz ki, 50 adam olacaq, yoxsa 100 adam. Amma hər halda gözlənilir ki, bu ay Prezident humanistlik nümayiş etdirərək əfv fərmanı verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region