Azərbaycanda 14 yaşlı qız anasından xəbərsiz ƏRƏ VERİLDİ - HƏBS EDİLƏN VAR
Azərbaycanda 14 yaşlı qız anasından xəbərsiz ƏRƏ VERİLDİ - HƏBS EDİLƏN VAR
08:50 23.05.2024
Hadisə
449
Ağcabədi rayonunda 14 yaşlı qızla evlənən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılan Hindarx qəsəbə sakini, 25 yaşlı Tufan Qubadov (ad və soyadlar şərtidir) məhkəmə qarşısına çıxarılıb.
Bildirilib ki, Tufan 6 ay əvvəl Ağcabədidəki “Yunus” şadlıq evində toy edərək dayısı qızı olan 14 yaşlı Səbinə ilə evlənib. Həmin vaxt qızın anası ölkədə olmadığından toydan xəbərsiz olub. O, övladının Tufanla evləndirilməsini öyrəndikdən sonra DİN-ə müraciət edib və araşdırma aparılıb. Araşdırmalarla yetkinlik yaşına çatmayan qızın öz razılığı ilə evləndirilməsi müəyyən edilib və T.Qubadov barəsində cinayət işi açılıb. Həmçinin qızın atası və nənəsinin iştirakı ilə evləndirilməsi bəlli olub.
Ağcabədi Rayon Məhkəməsinin 16 may tarixli hökmü ilə dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə 1 il 2 ay həbs cəzası verilib./ “Qafqazinfo”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi