
Rusiya nüvə silahının tətbiqindən hələki çəkinir -ANALİTİK
Yusif Nəzərli
03:24 24.11.2024
Dünya
407
Ukrayna döyüş qabiliyyətini təkmilləşdirməyə və özünü uzunmüddətli perspektiv üçün dayanıqlı olmağa hazırlayır
Rusların Dneprə atdığı “Oreşnik” raketi eksperimentaldır, onların sayı məhduddur. Bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib. Onun sözlərinə görə, “Oreşnik” tədqiqat işinin adıdır, yəni sadəcə koddur: “Sistemin özü isə “Kedr” adlanır. Bu, eksperimental sistemdir, orta mənzilli ballistik raket və nüvə silahı daşıyıcısıdır. Ondan nüvə başlığı olmadan istifadə etmələri isə rusların tamamilə ağıllarını itirdiyini təsdiqləyir”. Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski isə bildirib ki, seriya istehsalından söhbət getmir, çünki bunun üçün 10 döyüş sınağı keçirilməlidir: “Əgər bu, tədqiqat-döyüş sınağı üçündürsə, demək, Rusiyada bu raketdən ən azı 10-u var”. Qeyd edək ki, Rusiya 21 noyabrda “Oreşnik” raketi ilə Dneprə zərbə endirib. CNN nəşri də yazıb ki, Rusiyanın Dneprdə “Oreşnik” ballistik raketindən istifadə etməsi Ukraynada müharibənin son eskalasiyasıdır. Nəşr sözügedən ballistik raketdən istifadəni Moskvanın Qərblə münaqişəsində həlledici və potensial təhlükəli məqam hesab edib. Bildirilir ki, soyuq müharibədən bu yana heç vaxt bu cür silahdan düşməni vurmaq üçün istifadə edilməyib. Amerikalı alim, nüvə sahəsi üzrə mütəxəssis Hans Kristensen bildirib ki, ilk dəfədir “Oreşnik” kimi raketdən döyüşdə istifadə edilir. O, ən yaxşı hava hücumundan müdafiə sisteminin belə bu raketlərin qarşısını almaqda aciz olduğunu vurğulayıb: "Eyni zamanda dünya getdikcə bu tip raketlərin sınaqdan keçirilməsindən danışır - xüsusən də Hindistan, Çin, Şimali Koreya, Pakistan və hətta Böyük Britaniya. Ekspertlər qeyd edirlər ki, bir sıra ölkələrin arsenalında döyüş başlıqlarının sayının artırılması böhran vəziyyətlərində sabitliyi kəskin şəkildə azaldacaq".
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Ukrayna ağır situasiyalarla üzləşsə də, öz döyüş qabiliyyətini təkmilləşdirməyə və özünü uzunmüddətli perspektiv üçün dayanıqlı olmağa hazırlayır. Ekspertin sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin Ali Radaya təqdim etdiyi 10 bənddən ibarət "Daxili dayanıqlılıq planı" Kiyevin müharibə fonunda strateji məqsədlərini müəyyən edir:

"Ukrayna 2025-ci il üçün müdafiə və təhlükəsizlik büdcəsini təxminən 54 milyard dollar olaraq təsdiqləyib. Bununla belə Ukrayna üçün problematik vəziyyəti həll etmək çətindir. Ona görə ki, Rusiya qoşunlarını cəbhə xəttinin Ukraynanın şərqində genişləndirir. Hərçənd, Ukrayna qoşunları Pokrovsk istiqamətində Rusiyanın əməliyyat motivlərini qismən dəyişməyə nail olub. Lakin Rusiyanın əhəmiyyətli irəliləyişlərinə nisbətdə bu, çox kiçik damcıdır. Ukraynanın canlı qüvvə çatışmazlıqları onun əməliyyatlarına mənfi təsirlər göstərir. Aviasiya və artilleriya zərbələrindən sonra müdafiə xətti qura biləcək şəxsi heyət qıtdır. Ukrayna NATO üzvü olmadığına görə, Rusiyanın Ukrayna ilə bağlı qırmızı xətlər barədə hekayələri NATO-nu çəkindirir".
Analitik vurğulayıb ki, Ukraynanın Rusiya ərazilərinə uzaq mənzilli raketlərlə zərbələr endirməsi Kiyevin müdafiə qabiliyyətini əhəmiyyətli şəkildə artırmayacaq:
"Lakin Moskva hərbi hədəflərə endirilən zərbələrin ağırlığını Ukrayna cəbhəsində hiss edəcək. Ukraynanın raket zərbələri Kurskda və Rusiyanın Ukrayna ilə sərhəd ərazilərində sabit donmuş cəbhə trayektoriyası yaratmayacaq. Çünki Ukraynanın quru qoşunlarında hücum və möhkəmlənmək, xüsusilə Rusiya ərazilərində bunu etmək üçün taqəti yoxdur. Rusiya Ukrayna cəbhəsindən qoşunları dislokasiya etməyə tələsməyək. Onsuz da raket zərbələrindən müdafiə üçün heç canlı qüvvəyə ehtiyac yoxdur. Bununla belə, Rusiyanın hava hücumundan müdafiə sistemlərinin paylanılması üzrə məhdudiyyətlər ola bilər ki, bu da Ukraynanın raket zərbələrini intensivləşdirmək qabiliyyətini artıra biləcək faktordur. Rusiya Nüvə Doktrinasını yeniləsə də, bu, Rusiyanın cari situasiyaya nisbətdə nüvə silahından istifadə təhlükəsində kəskin, əsaslı dəyişikliyi ifadə etmir.
Sadəcə olaraq Rusiya özünə qarşı Ukraynadan atılan raketləri Kremlin nüvə silahından istifadə edə biləcəyi şərtlər kimi müəyyən edən tezisləri inkişaf etdirir. Qitələrarası ballistik raket bu məsələdə ilkin qorxutma aktıdır. Ancaq Moskva nüvə silahının tətbiqindən çəkinir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm
Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüb
10:57 20.03.2026
Hadisə