
Cənubi Qafqazda stabillik: Tramp administrasiyası diqqətini İrana və Yaxın Şərqə yönəldəcək
Yusif Nəzərli
13:17 13.12.2024
Dünya
546
Rusiyalı politoloq Sergey Markov “Moskva-Bakı”ya müsahibəsində deyib ki, Tramp üçün Cənubi Qafqaz prioritetlər baxımından periferik olacaq. O, bura fəal təsir göstərməyəcək. Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışacaq. O, Ukrayna ətrafındakı vəziyyətin həllinə kömək edə bilsə, onda Moskvanın Cənubi Qafqazda daha geniş fəaliyyət üçün böyük ölçüdə sərbəst əli olacaq. Bu o deməkdir ki, Azərbaycanın regionda mövqeyi güclənəcək, çünki Rusiya regionda Bakı ilə faktiki müttəfiqlik münasibətlərinə malikdir. Və bu və ya digər dərəcədə Rusiyanın Ermənistanla böhranlı münasibətləri davam edəcək. Məlumdur ki, Makron Cənubi Qafqazda aktiv siyasət yürütməyə çalışır. Lakin Trampın Fransa prezidentinə qarşı kifayət qədər tənqidi münasibəti var. Onların arasında ziddiyyətli münasibətlər Fransa prezidentinin Cənubi Qafqazda fəallığının azalmasına səbəb ola bilər.
Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a söyləyib ki, Donald Trampın birinci prezidentliyi dövrünə və sonuncu seçkilərdə verdiyi açıqlamara uyğun olaraq müəyyən proqnozlar irəli sürmək mümkündür:

“Donald Trampın dövründə Amerikanın Cənubi Qafqaza marağı daha az idi. Çünki Tramp daha çox Çin ilə iqtisadi müharibə aparırdı və diqqətini Yaxın Şərqə yönəltmişdi. Eyni mövqenin davam etmə ehtimalını gözləsək Tramp administrasiyasının Bayden administrasiyası isə qədər Cənubi Qafqaza maraq göstərməyəcəyini deyə bilərik. Bayden administrasiyası Ermənistan və Gürcüstan üzərindən Cənubi Qafqazla bağlı müəyyən maraqlarını həyata keçirməyə çalışırdı və regionda qeyri-stabillik yaradırdı. Trampın Cənubi Qafqaza daha az diqqət göstərməsi regionda müəyyən sabitliyə yol aça və problemlərin bölgə daxilindəki ölkələrin arasında həll edilməsini aktuallaşdıra bilər. Yəni xaricdən müdaxilə olmayanda regionun problemlərini daha rahat həll etmək olar”.
Ekspert qeyd edib ki, Suriyadakı hadisələr fonunda Yaxın Şərqdəki vəziyyət qarışıb:
“İsrailin hədəfi İran yönündə daha da pisləşib. Donald Tramp İsrailin bir növ ən yaxın dəstəkçisidir. Prezident seçkiləri ərəfəsində Tramp qarşı sui-qəst hadisələrində İranın hədəf göstərilməsi də qarşıda Trampın atacağı addımlardan xəbər verirdi. Yəni Tramp administrasiyası gələcək dövrlərdə diqqətini daha çox İrana və Yaxın Şərqə yönəldəcək. Həmçinin Tramp Ukrayna məsələsində Rusiya ilə anlaşacaq. Belə olan halda Rusiyanın yenidən Cənubi Qafqaza diqqətini yönətməsinə səbəb ola bilər. Ona görə də Zəngəzur dəhlizi məsələsini 10 noyabr razılaşmasına uyğun şəkildə açılmasını Rusiya tərəfindən yenidən aktivləşdirəcək. Cənubi Qafqaza diqqət yönəldən tərəflərdən biri isə Fransadır. Amma Fransanın daxilində gedən böhranlar fonunda bunun baş tutmayacağı açıq şəkildə bəllidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm