NATO Müdafiə Kollecinin “Ali kurs” heyəti Azərbaycanda səfərdə oldu
Yusif Nəzərli
15:26 13.12.2024
Hərbi
444
NATO Müdafiə Kollecinin “Ali kurs” heyəti ölkəmizdə səfərdə olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielsen və onun rəhbərlik etdiyi "Ali kurs"un heyəti ölkəmizə "Sahə Araşdırmaları səfəri" çərçivəsində ADA Universtitetində və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də olub.
ADA Universitetində keçirilən tədbiri giriş nitqi ilə prorektor, Milli Məclisin deputatı Fariz İsmayılzadə açıb.
Sonra fəxri qonaq qismində dəvət olunan Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonaqları salamlayaraq, onları ölkəmizdə görməkdən məmnun olduğunu qeyd edib.
H.Hacıyev "Azərbaycanın xarici siyasəti", "Regional Təhlükəsizlik və yeni çağırışlar" mövzularında çıxış edib, qonaqları maraqlandıran sualları cavablandırıb. Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Amerika İdarəsinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Cəfərova "Azərbaycanın Enerji Strategiyası" mövzusunda təqdimat verərək ölkəmizin iştirak etdiyi regional və dünyəvi iqtisadi layihələr barədə qonaqları məlumatlandırıb.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Ramil Şükürov tərəfindən ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən danışıb, həmçinin "Azərbaycan-NATO əməkdaşlığı" və "Müdafiə strategiyası" mövzularına dair təqdimat verib.
NATO Müdafiə Kollecinin "Ali Kurs"unun dinləyicilərinin ünvanladığı suallar çıxış edənlər tərəfindən cavablandırılıb.
Tədbirdə, həmçinin Slovakiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Layçak, Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya, Müdafiə Nazirliyinin və ADA Universitetinin nümayəndələri iştirak ediblər.
Daha sonra NATO nümayəndə heyəti "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-ni ziyarət edib.
Görüşdə qonaqlara Bakı Limanının tarixi, fəaliyyət sahələri, strateji əhəmiyyəti, beynəlxalq əlaqələri və gələcək inkişaf planları haqqında ətraflı məlumat verilib. Həmçinin limanın yükdaşımaları, logistik xidmətlər, ətraf mühitin qorunması və rəqəmsal transformasiya sahələrindəki uğurları haqqında danışılıb.
Limanın ərazisindəki müasir infrastruktur və obyektlərlə tanış olan qonaqlar limanın inkişafı və gələcək perspektivləri barədə əldə etdikləri məlumatlardan məmnun olduqlarını ifadə ediblər
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm