Filippində itkin düşən alman turistlər tapılıb
Yusif Nəzərli
16:57 22.03.2025
Hadisə
362
Filippində günlərdir axtarılan alman turistlərdən ibarət qrup tapılıb.
AZƏRTAC “Stern” jurnalına istinadla xəbər verir ki, axtarış-xilasetmə qrupları bu gün səhər turistlərin izinə düşərək onları əsas marşrutdan xeyli uzaqda yerləşən su elektrik stansiyasının yaxınlığında aşkar ediblər.
Qrupda iki alman, bir kanadalı və bir rus turist olub. Onların vəziyyəti sabit olsa da, tibbi müayinədən keçiriləcəklər.
Qrupun Almaniya və Britaniyadan olan iki üzvü ötən gün Talinis vulkanı yaxınlığında çətin keçilən ərazidə tapılmışdı. Hazırda yerli hakimiyyət orqanları altı turistin niyə bələdçisiz səfərə çıxdığını araşdırır. Çünki həmin ərazidə bələdçisiz hərəkət etmək qadağandır və turistlər səfərdən öncə yerli turizm idarəsi ilə əlaqə saxlamalıdırlar.
Turistlər məşhur Balinsasayao “Twin Lakes” Milli Parkında gəzinti zamanı itkin düşüblər. Onlar sadəcə birgünlük yürüş planlaşdırdıqları üçün kifayət qədər ərzaq götürməyiblər. Axtarış əməliyyatı olduqca geniş ərazidə çətin şəraitdə aparılıb. Filippin adaları əsasən tropik çimərlikləri ilə tanınsa da, təbiətsevərlər, yürüş həvəskarları və dağ turizmini sevən turistlər də tez-tez buraya səfər edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə