6 ay əvvəl yerləşiblər
Məlahət Rzayeva
09:26 15.07.2021
İdman
555
Arda Turanın xanımı lüks villasının qapılarını açdı
“Ulduz” futbolçu Arda Turanın həyat yoldaşı, 2 övlad anası Aslıhan Doğan Turan yeni villasının görüntülərini YouTube kanalı üzərindən paylaşıb. Evinin hər köşə-bucağını tanıdan Aslıhan Turan "evin yaşandıqca gözəlləşdiyinə inanıram” deyib. “Şərq” Türkiyə mediasına istinadən bildirir ki, Turan ailəsi yeni evlərinə 6 ay əvvəl yerləşib. “Ev turu” salondan başlayır. Evin əsas rəngləri tünddür. Evin böyük bir qismi taxtadandır. Sadə, əşyası az, lakin hər bir detalı yerində bir evdir.
“Fərqli şeyləri sevirik. Getdiyimiz, gördüyümüz evlərin, demək olar, hamısı bir-birinə bənzəyir. Biz fərqli bir şey etmək istədik. Salonu bəzəyərkən 2 övladımızı da nəzərə almışıq. Arda ilə əsasən bu salonda zaman keçiririk. Sənət əsərləri toplamağa başlamışıq. Uşaqlar toxunanda əziməsinlər deyə oturacaqların kənarını yuvarlaq etmişik”. Yemək masası 12 nəfərlikdir. Yaz aylarında bağçada əyləşmək üçün şərait var. Mətbəxdə bar kətilləri qoyulub, lakin Aslıhan Turan onlardan daha rahat kətillərdə əyləşməyi sevdiyini deyir. Aslıhan Turan həyat yoldaşının evin 3-cü mərtəbəsindəki geyinmə otağını da nümayiş etdirib. Və Arda Turanın geyim otağı üçün çox çalışdığını deyib. Evin birinci mərtəbəsi yetişkin insanlar və qonaqlar üçün, ikinci mərtəbəsi isə uşaqlar üçün münasibdir. “Qalatasaray” kapitanı evin girişinə klubunun loqosuna uyğun aslan heykəli də yerləşdirib. 3 mərtəbəli villanın lifti də var. Lakin Aslıhan Turan liftdən az istifadə etdiklərini deyir. Yataq otağında sakitliyə önəm verən Turan, otağa televizor qoyub-qoymamaqla bağlı hələ ki, qərar verməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi