
AFFA-dan özünü təkzib: Niyə millidə yerli mütəxəssislərə yer verilmir?
12:49 01.12.2023
İdman
824
AFFA rəhbərliyi millinin yeni baş məşqçisi ilə bağlı strategiyasını müəyyənləşdirib.
Canni De Byazini əvəzləyəcək şəxs yerli olmayacaq! Artıq buna heç kim şübhə etməsin, məlumat kifayət qədər mötəbərdir.
Federasiya prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin bəzi üzvlərinin təzyiq və təkidi ilə belə bir qərar qəbul edib.
Dünənə kimi yerli mütəxəssis variantına üstünlük verən federasiya başçısı artıq öz mövqeyini 180 dərəcə dəyişib.
Abdullayev yığmanın sükanı arxasına gələ biləcək xarici namizədlərin siyahısının tezliklə hazırlanmasına dair göstəriş verib. Bu məqsədlə yaradılan İşçi Qrupunun qısa müddətdə bir araya gəlməyi planlaşdırılıb.
AFFA-nın qərarını “Sherg.az”a dəyərləndirən tanınmış idman jurnalisti Emin Abbasov bildirib ki, hazırda bütün futbol ictimaiyyəti millinin baş məşqçi postuna yerli mütəxəssisin gəlməli olduğu qənaətindədir:
“AFFA əcnəbi mütəxəssis gətirmək fikri ilə özü-özünü təkzib etmiş olur. Bir tərəfdən millinin hər hansı beynəlxalq turnirlərin final mərhələsinə yüksələcək potensialının olmadığını söyləyirlər, digər tərəfdən isə əcnəbi mütəxəssis gətirirlər. Burada böyük ziddiyyət yaranır. Əgər nəticələr verəcək potensial yoxdursa, bu qədər vəsaitlər tökərək əcnəbi mütəxəssisi niyə gətirirsiz ? Ondansa, üzdə olan yerli məşqçilərdən biri yığma komandaya rəhbərlik etməsi daha məqsədəuyğundur. Öz imkanları daxilində yavaş-yavaş inkişaf etmək olar. Azərbaycan futbolçularının potensialına və psixologiyasına yerli mütəxəssislər daha çox bəllədirlər. Azərbaycanda aşağı büdcəylə işləyib yaxşı işlər görən kifayət qədər baş məşqçi var” .

E.Abbasov ümumiyyətlə bütün dünyada orta səviyyəli millilərin yerli mütəxəssislərlə işləmək tendensiyası olduğunu vurğulayıb:
“Son 15 ilin Qurban Qurbanovun 1 ilini çıxdıqda yerdə qalan 14 ilində əcnəbi məşqçilərin yığmanı çalışdırdığını görürük. Bu 14 ildə heçbir qeyri-adi uğur əldə olunmayıb. Yerli mütəxəssislərdə onların qazandığı nəticələri əldə edə bilərlər. Gətirilən əcnəbi azərbaycanlının bacara biləcəyindən artığını edənmirsə, onu gətirməyin heç bir mənası yoxdur. Ümumiyyətlə Azərbaycan futbolunun inkişafı üçün ilk növbədə icrayə komitəsinin tərkibi dəyişməlidir. Orada futbol adamları əyləşməlidir. Bu adamların 90 faizi Azərbaycan futbolunu izləmir, baş verənləri bilmir. İcrayə komitəsi milliyə namizəd olaraq adı çəkilən yerli mütəxəssislərin hərəsinə bir mız qoymaqla məşğuldur. Bu gün əcnəbi mütəxəssis tərəfdarı olanlar fikirlərini əsaslandırmalıdırlar. Ən azından ictimaiyyətə niyə məhz əcnəbi mütəxəssis gətirməkdə bu qədər israrlı olmaqlarını açıqlamalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq
Xəstəxanada gizlənən HƏMAS komandiri vuruldu
20:05 29.08.2026
Dünya
Fidan misirli və qətərli həmkarı ilə danışdı
19:54 29.08.2026
Siyasət