“Araz-Naxçıvan”ın baş məşqçisi: Kiprdə komanda şəklində daha yaxşısını edə bilərik
17:30 13.08.2025
İdman
247
Oyun baxımından daha artığını gözləyirik. Komandamız fərqlidir. Doğma meydanda böyükhesabla məğlub olsaq da, komanda şəklində daha yaxşısını edə bilərik və sabah buna cəhd edəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Omoniya” ilə keçiriləcək cavab oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis rəqibin təcrübəli, yaxşı təşkilatlanmış komanda olduğunu bildirib: “Amma yaxşı nəticə qazanmaq üçün çalışacağıq. Hesabı kənara qoysaq, Bakıda istədiyimiz oyunu göstərə bilmədik. Amma bunlar arxada qaldı. Komanda şəklində daha yaxşısını edə bilirik. Burada havanın temperaturu Bakı ilə demək olar, oxşardır. Rütubət bir qədər çox hiss olunur. Amma bu, futbolçulara problem yaratmamalıdır”.
“Araz-Naxçıvan”ın hücumçusu Çarlz Boli isə matçla bağlı bunları söyləyib: “Futboldur, belə nəticələr olur. Birinci oyunu unutmuşuq. Sabahkı matçda daha yaxşı nəticə qazanacağımıza ümid edirəm. Düzdür, oyun çətin, gərgin olacaq, ancaq biz hazırıq. Rəqibi yaxşı tanıyırıq. Onlara qarşı bir neçə dəfə oynamışam. Kiprin ən güclü komandalarından biridir. Lakin inanıram ki, “Araz-Naxçıvan” sabahkı oyunda istəyinə çatacaq”.
Qeyd edək ki, görüş avqustun 14-də Kiprdə təşkil olunacaq. İlk matçda “Omoniya” 4 cavabsız qolla qalib gəlib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan müharibə xəbərdarlığı etdi
15:46 12.05.2026
Dünya
Dünya bazarından 1 milyard barel neft yoxa çıxıb - GÜNDƏM
14:48 12.05.2026
İqtisadiyyat
Naim Qasım: Livanı İsrail üçün cəhənnəmə çevirəcəyik
14:39 12.05.2026
Gündəm
Allahşükür Paşazadə Gürcüstanın yeni patriarxını təbrik edib
14:36 12.05.2026
Gündəm
Rusiyada məktəbdə atışma olub, yaralılar var
13:51 12.05.2026
Hadisə
Tehran-Bakı reyslərinin sayı gələn həftədən artırılacaq
13:36 12.05.2026
Gündəm
Azərbaycanda inflyasiya 5,6% artıb
13:24 12.05.2026
İqtisadiyyat
Ərdoğan Qazaxıstana səfər edəcək
13:14 12.05.2026
Gündəm
İran uranı 90 faizədək zənginləşdirə bilər
12:41 12.05.2026
Dünya
Avropa klublarını Tovuza gətirənlərə eşq olsun! - Fazil Mustafa
12:40 12.05.2026
Futbol
İran ABŞ ilə danışıqları mümkün hesab edir
12:27 12.05.2026
Gündəm
Xocavəndə növbəti köç karvanında 18 ailə yola salınıb
12:11 12.05.2026
Qarabağ
Ötən həftə 71 piyada əleyhinə mina zərərsizləşdirildi
11:19 12.05.2026
Hadisə