AVRO-2020: Fransa Macarıstana qalib gələ bilmədi - YENİLƏNİB
15:24 19.06.2021
İdman
533
Macarıstan – Fransa görüşü 1:1 hesabı ilə başa çatıb.
Oxu.Az xəbər verir ki, bununla da Fransa millisi xallarının sayını dördə yüksəldib. Meydan sahibi Macarıstan isə ilk xalını qazanıb.
Qeyd edək ki, bununla da Fransa millisi növbəti dəfə Macarıstan yığmasına Avropa çempionatları tarixində qalib gələ bilməyib. Bunadək keçirilmiş dörd matçda Macarıstan üç dəfə qalib gəlmiş, bir dəfə isə heç-heçə etmişdi.
18:28
Fransa millisi 66-cı dəqiqədə hesabı bərabərləşdirdi. Kilian Mbappenin sağ cinahdan qapı önünə ötürməsindən sonra Antuan Qrizman qol vurdu – 1:1.
18:16
Oyunda ikinci hissə gedir. Macarıstan millisi Fransaya 1:0 qalib gəlir.
17:49
Macarıstan millisi ilk hissəyə əlavə olunmuş dəqiqədə Fransa yığmasına qol vurdu. 45+2-ci dəqiqədə müdafiəçi Attila Fiola hesabı açdı – 1:0. Bu, Macarıstan millisinin bu turnirdə ilk qoludur.
17:05
Macarıstan – Fransa görüşü başlayıb. Oyunda qapılara qol vurulmayıb.
16:08
AVRO-2020-nin F qrupu çərçivəsində bu gün Budapeştin “Puşkaş Arena”sında Macarıstan millisi son dünya çempionu və Avropa çempionatın finalçısı Fransanı qəbul edəcək.
Oxu.Az xəbər verir ki, artıq komandaların start heyətləri açıqlanıb.
Macarıstan (3-5-2): Qulaçi, Attila Salai, Fiola, Orban, Neqo, Adam Naci, Adam Salai (kapitan), Şefer, Klaynhaysler, Şallai, Botka
Ehtiyat heyət: Dibus, Boqdan, Lanq, Keçkeş, Çeri, Holender, Lovrençiç, Roland Varqa, Şiqer, Varqa, Nikoliç, Şön
Fransa (4-3-3): Lyoris (kapitan), Pavar, Kimpembi, Varan, Poqba, Qrizman, Mbappe, Kante, Rabyo, Din, Benzema
Ehtiyat heyət: Mandanda, Menyan, Lanqle, Lemar, Jiru, Dembele, Tolisso, Sissoko, Ernandes, Dübua, Kunde, Türam
Qeyd edək ki, bu matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Fransa qələbə qazanacağı halda, 1/8 finala vəsiqəni təmin etmiş olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə