Avropa çempionatı: Güləşçilərimizdən iki qızıl, bir bürünc medal - YENİLƏNİB
16:04 19.06.2021
İdman
497
Azərbaycanın yunan-Roma güləşçisi Kənan Abdullazadə Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 65 kq-dakı idmançı estoniyalı Artur Jeremeyevlə qüvvəsini sınayıb. 7:1 hesablı qələbə qazanan Abdullazadə Avropa 3-cüsü olub.
19:35
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında qızıl medal qazanıb.
"Report"un məlumatına görə, 55 kq-da çıxış edən Fərid Baxışlı finalda Ermənistan təmsilçisi Armen Sukiasyanla qarşılaşıb. 0:7 hesabı ilə geriyə düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirən Baxışlı son 1 dəqiqədə 7 xal götürərək, rəqibini məğlub edib.
Baxışlı qalib elan olunduqdan sonra əsgər salamı verib.
19:13
Azərbaycanın yunan-Roma güləşçisi Fəraim Mustafayev Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 48 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda türkiyəli Servet Angi ilə qarşılaşıb. Rəqibinə 7:0 hesabı ilə qalib gələn idmançı qitə çempionu olub.
Mustafayev qələbə qazandıqdan sonra iki ölkə bayrağı ilə xalçanın üzərində dövrə vurub.
Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) və Zenfira Haşımova (46 kq) isə bürünc medal qazanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə