Avropa çempionatı: İki güləşçimiz finalda

Azərbaycanın iki sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Əvvəlcə 57 kq çəki dərəcəsində yarışan Əliabbas Rzazadə gürcüstanlı Beka Bujiaşvili ilə qarşılaşıb.
O, 1 dəqiqə 15 saniyə ərzində tam üstünlüklə (10:0) qələbə qazanaraq adını finala yazdırıb.
Pəhləvanımızın həlledici qarşılaşmadakı rəqibi Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov olacaq.
Ardınca isə 65 kq-da çıxış edən Hacı Əliyev yarımfinalda moldovalı Maksim Sakultanla üz-üzə gəlib.
Rəqibini 12:2 hesabı ilə məğlub edən 3 qat Avropa və 3 qat dünya çempionu həlledici qarşılaşmaya vəsiqə qazanıb.