
Avropa çempionunun məşqçisi: “Qazanılan hər medalda alın təri var”
Yusif Nəzərli
08:26 14.07.2022
İdman
1204
Azərbaycanda cüdo idman növünün tarixi ənənələri var. Cüdoçumuz Nazim Hüseynov 1992-ci ildə Barselonada keçirilən Olimpiya Oyunlarında fəxri kürsüyə yüksəlib, ilk Olimpiya çempionumuz olduqdan sonra bu idman növündə qazandığımız xeyli sayda uğurlar bir daha göstərdi ki, həmin tarixi qələbə peşəkar məşqçilərin, bacarıqlı idmançıların və yaradılan şəraitin nəticəsidir. İdmançılarımız artıq 30 ildir ki, həmin uğurları təkrarlayır, Nazim Hüseynovun əsasını qoyduğu yolu gedirlər. Olimpiya çempionu Elnur Məmmədli, Olimpiya üçüncüsü Mövlud Mirəliyev, Dünya çempionu Zülfiyyə Hüseynova, Avropa çempionatının gümüş medalçıları Mehman Əzizov, Kifayət Qasımova və başqa titullu tatami ustalarımız belələrindəndirlər. İndi onların sırasına yeni simalar əlavə olunur...

İyunun 23-dən 25-dək Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı keçirilirdi. Azərbaycan cüdoçuları bu yarışda tarixi nəticə əldə edərək yeniyetmə oğlanlar arasında komanda hesabında birinci yeri tutub.
Çempionatın ilk günü oğlanlar arasında 50 kq çəkidə Məhəmməd Məmişov bürünc medal qazanıb. 55 kq çəkidə Şahin Oruczadə və 60 kq-da Nizami İmranov bütün rəqiblərini məğlub edərək Avropa çempionu adını qazanıblar. Qızlar arasında 48 kq çəkidə Aydan Vəliyeva çempionatın ikincisi adına layiq görülüb.
Yarışın ikinci günü oğlanlar arasında 66 kq çəki dərəcəsində Əbil Yusubov və Nicat Nağıyev, 73 kq çəkidə Əli Hacızadə bürünc medal qazanıb. Qızlar arasında isə 57 kq çəkidə Fidan Əlizadə bütün rəqiblərinə qalib gələrək komandanın aktivinə üçüncü qızıl medalı yazırıb.
Beləliklə, Azərbaycan yığması fərdi yarışlarda ümumilikdə 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Yeniyetmə oğlanlar millisi 2 qızıl, 4 bürünc medal qazanaraq, Avropa çempionatında medal əyarına və sayına görə birinci yeri tutub. Sonuncu dəfə bu komanda 2004-cü ilin qitə birinciliyində komanda hesabında qələbə əldə etmişdi.
Qeyd edək ki, qızlar millisi cəmi 4 idmançı ilə yarışlara qatılmasına baxmayaraq, 1 qızıl və 1 gümüş medal qazanaraq yarışda tam heyətlə iştirak edən bir çox ölkəni geridə qoyub və komanda hesabında 4-cü olub.
Ümumi komanda hesabında isə 3 qızıl, 1 gümüş və 4 bürünc medalla Azərbaycan yığması ikinci yeri tutub.
Fərqlənən cüdoçulardan ikisinin- Nizami İmranov və Məhəmməd Məmişovun şəxsi məşqçiləri təcrübəli mütəxəssis, qadınlardan ibarət yığma komandamızın sabiq baş məşqçisi, Əməkdar məşqçi İbadulla Şahbanovdur. Onun sözlərinə görə, komandamızın birinci olması gözlənilən idi: “Şübhəsiz ki, bu, böyük uğurdur. Bu, ölkəmizdə digər idman növləri kimi, cüdoya da göstərilən diqqət və qayğının təzahürü olmaqla yanaşı, həm də çəkilən zəhmətin nəticəsidir. Əyardan asılı olmayaraq, qazanılan hər medalda alın təri var. Eyni zamanda, görünür, ölkəmizdə cüdo kifayət qədər populyardır. Bu, bizi sevindirir. Deməli, hələ görüləcək işlərimiz də, qazanacağımız uğurlar da çoxdur”.
İbadulla müəllim bizmilə söhbəti zamanı, həmçinin Avropa çempionatına hazırlıqdan danışdı: “Məşqlərimiz yüksək səviyyədə davam edirdi. Cüdoçularımız müxtəlif yerlərdə təlim-məşq toplanışlarında iştirak edirdilər. Mən də çalışırdım ki, yetirmələrimizi həm fiziki, həm texniki-taktiki, həm də psixoloji cəhətdən hazırlayım. Çəkilən zəhmət bəhrəsini verdi. Fərqlənən bütün cüdoçaular, o cümlədən yetirmələrim Nizami və Məhəmməd vaxtı ilə bu zallarda tələbələrimiz olmuş tatami ustaları Mehman Əzizovun, Ramilə Usubovanın, Aişə Qurbanlının və başqalarının davamçılarıdırlar”.
Əməkdar məşqçi gələcək planlarda da söz açdı: “Avqustda dünya empionatı keçiriləcək. Hazırlıqlara artıq başlamışıq. Əlbəttə, bu, daha çətin, daha nüfuzlu yarışdır. Lakin mən həmişə olduğu kimi, bu dəfə də tələbələrimə inanıram. Ümid edirəm ki, onlar Avropa Çempionatında olduğu kimi, yenə yüksək nəticələrlə bizi sevindirəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region
Rumıniyada məktəbdə bıçaqlı hücum olub, yaralılar var
19:29 19.10.2026
Dünya