Azərbaycan akrobatları dünya çempionatında finala vəsiqə qazandılar

Bakıda keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında çıxış edən Azərbaycan gimnastları - Daniel Abbasov və Murad Rəfiyev kişi cütlükləri arasında temp hərəkətlərində finala vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, cütlük 26,600 xal toplayıb.

Bu gün onlar, həmçinin balans hərəkətlərini nümayiş etdirəcəklər.