Polşa və Litva arasında Ukraynaya məxsus pilotsuz uçuş aparatı ilə bağlı mübahisə yaranıb.
Sherg.az xəbər verir ki, Polsat News telekanalının məlumatına görə, oktyabrın 18-nə keçən gecə Litvanın hava məkanında naməlum dron aşkarlanıb. Sonradan onun Ukraynaya məxsus olduğu müəyyən edilib. Litva dronun Polşa ərazisindən gəldiyini iddia edib.
Varşava isə bu ittihamlara etiraz edərək, Polşadan Litvaya sərhəd keçidini təsdiqləyən radar məlumatlarının olmadığını bildirib. Polşa Milli Müdafiə Nazirliyinin nümayəndəsi Yanus Seymey sərhədin pozulmasına dair heç bir təsdiqin olmadığını vurğulayıb.
Görünüş məsafəsinin zəif olması səbəbindən hərbçilər dronu vura bilməyiblər. Litvanın baş naziri Mindauqas Sinkeviçyus isə dronların vizual müşahidə olmadan zərərsizləşdirilməsi qaydalarını NATO ilə razılaşdırmağı planlaşdırdıqlarını açıqlayıb.