Azərbaycan millisi EYOF-u 10 medalla 17-ci pillədə başa vurub
03:26 27.07.2025
İdman
287
Şimali Makedoniyanın və Xorvatiyanın birgə ev sahibliyi etdiyi Skopye-2025 XVIII Avropa Gənclər Olimpiya Festivalına (EYOF) yekun vurulub.
"Report" Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropanın 50 ölkəsindən 4 mindən çox idmançının iştirak etdiyi Skopye-2025-də 14-18 yaş arası idmançılar 15 idman növü üzrə mübarizə aparıblar.
Festivalda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunub.
Azərbaycan idmançıları yarışı 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medalla başa vurub.
Komandamıza qızıl medalları cüdoçular Gülşən Hüseynova (44 kq), Rza Xəlilli (50 kq) və Rəsul Əlizadə (55 kq) qazandırıblar. Cüdo üzrə Nuranə Hacızadə (48 kq), Zeyd Ələsgərov (60 kq) və güllə atıcılığı üzrə Leyli Əliyeva – Oleq Kerjankin dueti (10 metr pnevmatik tapança) gümüş medal əldə ediblər. Bürünc medalları isə cüdoçular Aysun Məmmədova (52 kq), Məhəmməd Ağakişiyev (73 kq), Sübhan Axundov (+90 kq) və taekvondoçu Yunis Hüseynov (73 kq) qazanıblar.
Komandamız bu nəticə ilə ümumi medal sıralamasında 17-ci yeri tutub.
Qeyd edək ki, 50 (19 qızıl, 19 gümüş, 12 bürünc) medal qazanan İtaliya komandası festivalın qalibi olub. Fransa 15 qızıl, 18 gümüş, 5 bürünc medalla ikinci olub. Üçüncü pillədə isə aktivində 33 (10 qızıl, 11 gümüş, 12 bürünc) medal olan İspaniya qərarlaşıb. Türkiyə 26 (10 qızıl, 7 gümüş, 9 bürünc) medalla dördüncü, Böyük Britaniya isə 22 (10 qızıl, 7 gümüş, 5 bürünc) medalla beşinci olub.
Festivalda 40 ölkənin komandası müxtəlif əyarlı medallar qazanıb. Cəmi 35 ölkə isə festivalda qızıl medal sevinci yaşayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm