Azərbaycan millisi yenə baş məşqçi ilə yollarını ayırır?
09:28 04.09.2021
İdman
1110
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi cari seçmə mərhələnin sonunda tutduğu postu tərk edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə İrlandiyanın “İndependent” nəşri yazdığı xəbərdə bildirib:
“Həftə ortası Lüksemburqla matçda Rüstəm Əhmədzadə və Mahir Emreli kimi gənclər ehtiyatda qalarkən, 30 yaşda milliləşdirilmiş Əli Qurbani və Filip Ozobiçin oynadılması suallara səbəb oldu. De Byazi Dublin səfərində dəyişikliklər edəcək. Ancaq dəyişiklik imkanları məhduddur və səbirlər artıq tükənib. O, böyük ehtimalla, Azərbaycanı Albaniya xalqının ona bəxş etdiyi sevgi olmadan tərk edəcək”.
Xatirladaq ki, De Byazi daha öncə Albaniya yığmasını çalışdırıb. Həmin müddətdə yetirmələrini Avropa çempionatının qrup mərhələsinə çıxararaq böyük rəğbət qazanmışdı.
Qeyd edək ki, Canni De Byazi ötən ilin avqustunda AFFA ilə müqavilə bağlayıb. Müqavilənin şərtlərinə əsasən, italiyalı məşqçinin millimizdə iş müddəti UEFA Millətlər Liqasının ötən mövsümü və 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsini əhatə edir.
Onu da bildirək ki, hazırda üç matçdan sonra xalsız və qrupda sonuncu olan Azərbaycan millisi cari seçmə mərhələdə son oyununu noyabrın 11-də Bakıda Lüksemburqa qarşı keçirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm