Azərbaycan millisi yenə qələbə qazana bilməyib
18:00 04.09.2021
İdman
493
Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində V tura start verilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi A qrupunda 4-cü matçına çıxıb.Üç gün əvvəl səfərdə Lüksemburqa 1:2 hesabı ilə məğlub olan Canni de Byazinin yetirmələri bu dəfə İrlandiya ilə üz-üzə gəlib. Dublindəki matç autsayderlərin dueli sayılırdı. Çünki hər iki komanda buna qədər keçirdiyi üç oyunda uduzub.
Matça daha yaxşı başlayan millimiz üstün oyununun nəticəsi kimi, birinci hissədə hesabı açmağı bacarıb. Lüksemburqla görüşdə olduğu kimi, yenə Emin Mahmudov mükəmməl qola imza atıb.
Meydan sahibləri ikinci 45 dəqiqədə bütün komanda ilə irəli atılsa da, millimiz son dəqiqələrə qədər müqavimət göstərməyi bacarıb. Lakin 87-ci dəqiqədə Şeyn Daffinin başla vurduğu top komandamızın ilk qələbəsinə və sonuncu pillədən qurtulmasına imkan verməyib. Yeganə təsəlli millimizin seçmə mərhələdə ilk xalını qazanması olub.
Qeyd edək ki, millimiz sentyabrın 7-də Portuqaliyanı qəbul edəcək.
DÇ-2022-nin seçmə mərhələsi
V tur, A qrupu
4 sentyabr
20:00. İrlandiya – Azərbaycan - 1:1
Qollar: Şeyn Daffi, 87 - Emin Mahmudov, 45+1
Baş hakim: Cerom Brisar (Fransa)
İrlandiya: 1. Qavin Bazunu, 2. Şeymus Koulman (k), 4. Şeyn Daffi, 5. Con İqan, 6. Joş Kullen, 7. Mett Doherti, 17. Ceyson Molumbi, 11. Ceyms Makkleyn, 21. Aaron Konnolli, 10. Troy Parrott, 9. Adam Ayda
Ehtiyat oyunçular: 16. Kuivin Kelleher, 23. Ceyms Talbot, 3. Rayan Manninq, 8. Konor Hurihan, 12. Kallum Robinson, 13. Ceff Hendrik, 14. Alan Braun, 15. Daril Horqan, 18. Cemi Makqrat, 19. Ceyms Kollins, 20. Ronan Kurtis, 22. Andryu Omobamidele
Baş məşqçi: Stefen Kenni
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 4. Höccət Haqverdi, 14. Elvin Bədəlov, 5. Maksim Medvedev (k), 18. Anton Krivotsyuk, 2. Qara Qarayev, 8. Emin Mahmudov, 17. Toral Bayramov, 20. Filip Ozobiç, 7. Namik Ələskərov, 10. Mahir Emreli
Ehtiyat oyunçular: 12. Mehdi Cənnətov, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Rüstəm Əhmədzadə, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Bəhlul Mustafazadə, 16. Anatoli Nuriyev, 19. Təmkin Xəlilzadə, 21. İsmayıl İbrahimli, 22. Rəhim Sadıxov
Baş məşqçi: Canni de Byazi
Dublin. “Aviva” stadion
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm