Azərbaycan millisinin hücumçusu: "De Byazi mənə görə narahat idi"
17:54 09.09.2021
İdman
1051
"Düşünürəm ki, şans hər zaman var. Amma bunun üçün çox işləmək, meydanda bütün gücünü ortaya qoymaq lazımdır. Bu halda xal və ya xallar qazanmaq olar".
"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin və Ukrayna "Minay"ının futbolçusu Rüstəm Əhmədzadə yığmanın 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki oyunları barədə klubun rəsmi saytına açıqlamasında deyib.
21 yaşlı hücumçu millinin baş məşqçisi Canni De Byazinin özü ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib: "Onunla elə çox danışmadım. Sadəcə, mətbuat konfransında mənim haqqımda xoş sözlər deyib. De Byazi İrlandiya ilə matçda zədələndikdən sonra necə mübarizə apardığımı, ağrılara baxmayaraq, sürüşmə fəndi etdiyimi gördü. Komandam hesabda öndə olduğundan sonadək oynamaq lazım idi. Çünki əvəzetmə imkanımız da qalmamışdı. Buna görə məni tərfiləyib. Deyib ki, bütün futbolçular belə oynamalıdır. Görünür, mübarizəm xoşuna gəlib".
Gənc forvardın sözlərinə görə, italiyalı mütəxəssis daha sonra yenidən onunla əlaqə saxlayıb: "Vəziyyətimi soruşdu. Mənə görə narahat idi. Komanda üçün lazım futbolçu olduğumu və mənə güvəndiyini bildirdi".
Əhmədzadə millinin düşərgəsindən qayıtdıqdan sonra "Minay"dakı yoldaşlarından da tərif eşitdiyini gizlətməyib: "Həm baş məşqçi, həm də futbolçular məni təbrik etdi. Xüsusi bir şey olmadı. Tez-tez azərbaycanlı azarkeşlər mənə yazırlar. Oyunlarımı izləyirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya