Azərbaycanda fəaliyyətini dayandırmış federasiya yenidən qurulur

Azərbaycan Qolf Federasiyasının hesabat-seçki konfransı keçiriləcək.
"Report"un məlumatına görə, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında gerçəkləşəcək.
Yığıncaqdan dərhal sonra mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan Qolf Federasiyası 2018-ci ildə fəaliyyətini dayandırıb.