Azərbaycanın polo yığması Dünya Kubokunun qalibi olub


İsveçrənin Sankt Morits şəhərində qarüstü polo üzrə 37-ci Dünya Kubokunda Azərbaycanın "Land of Fire" komandası birinci yeri tutub.

Təşkilatçı Azərbaycan Respublikası Atçılıq Federasiyasından "Report"a verilən məlumata görə, finalda rəqib Fransanın “Klinik La Preri” komandası olub.

6:2 hesabı ilə qalib gələn Azərbaycan komandası ilk dəfə Dünya Kubokunu qazanıb.