“Azərbaycanla oyun ölüm-dirim məsələsinə yaxındır" - İslandiyanın baş məşqçisi
15:46 04.09.2025
İdman
392
İslandiya yığmasının baş məşqçisi Arnar Gyunnleyqsson 2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunda Azərbaycanla keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, matçdan öncə keçirilən mətbuat konfransında deyib:
"Fernandu Santuş təcrübəli məşqçidir. Mənim beynəlxalq futbol təcrübəm isə göstərir ki, hər oyuna bütün varlığını qoymalısan, əks halda işlər pis qurtara bilər. Bu cür şeylər olmamalıdır. Biz özümüzü inanılmaz dərəcədə gümrah hiss edirik. Məşqlər əla keçib, meydan da çox yaxşı vəziyyətdədir. Hazırda gərginlik səviyyəsi ideal görünür və bu matçla bağlı çox yaxşı hisslərim var.
Bu oyunu ölüm-dirim məsələsi adlandırmaram, amma buna çox yaxındır. Böyük xəyallarımız var və irəli atılmaq istəyirik. Sabah biz mütləq qalib gəlməliyik. Bu, özümüzün üzərimizə qoyduğumuz təzyiqdir. Qələbə qazanmalıyıq və bu qarşılaşma ətrafında necə müzakirələrin getdiyini hiss edirik".
Qeyd edək ki, sabah Reykyavikdə keçiriləcək İslandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət