Azərbaycanlı boksçu: "Lisenziya sevincini ilk olaraq ailəmlə bölüşdüm"
16:15 08.07.2021
İdman
560
"Tokio olimpiadasına lisenziya qazandığım üçün çox sevindim. Sevincimi ilk növbədə ailəmlə bölüşdüm".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan boksçusu Məhəmməd Əliyev (+91) Milli Olimpiya Komitəsinin rəsmi feysbuk səhifəsinə açıqlamasında deyib.
Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançı pandemiyanın hazırlıq prosesinə mənfi təsir etdiyini bildirib: "Uzun müddət yarışlara çıxa bilmədik. Məşqlərimiz olmadı. Yenə də özümüzü toparladıq və olimpiadaya lisenziya əldə etdik".
Əliyev idmandakı kumirlərini də açıqlayıb: "Bu, həm məşqçim, həm də əmim olan Etibar Abdullayevdir. Onun üslubunu hər zaman bəyənmişəm. Dünyada isə ukraynalı Aleksandr Usikin döyüş stili və cəldliyi hər zaman xoşuma gəlib. Məşqlərini izləmişəm. Bu iki şəxs mənim kumirimdir".
Boksçu "Öz çəkində əsas rəqibin kimdir" sualına bu cür cavab verib: "Rəqiblərin hamısı əsasdır. Çünki olimpiadaya zəif boksçu gəlmir. Güclü idmançıdır ki, lisenziya qazanıb".
Qeyd edək ki, pandemiya səbəbindən bu ilə təxirə salınan Tokio-2020 23 iyul - 8 avqustda olmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm