Bakıda “Formula-1”i izləmək üçün 16 700 oturacaq quraşdırılıb
Yusif Nəzərli
16:24 30.05.2022
İdman
516
“Formula-1” Azərbaycan Qran-prisinin başlamasına 10 gün qalıb.
Oxu.Az-a verilən xəbərə görə, bu il azarkeşlərin canlı iştirakı ilə baş tutacaq Bakı yarışının trekində görülən hazırlıq işləri ilə tanış olmaq üçün mediatur təşkil olunub.
Tur zamanı trekin xüsusiyyətləri, paddok ərazisi, tribunalar haqqında jurnalistlərə ətraflı məlumat verilib.
Qeyd edək ki, Bakı Şəhər Halqası adlanan trekin uzunluğu 6 km-dir və alman mütəxəssis Hermann Tilke tərəfindən inşa olunub.
“Formula-1” təqvimindəki ən uzun treklərdən sayılan Bakı trekində 20 döngə mövcuddur.
Bakı Şəhər Halqasını digər treklərdən fərqləndirən cəhətlərdən biri sərt döngələrin və təqvimdəki treklər arasında ən dar hissənin məhz burada olmasıdır (8-ci və 9-cu döngələr).
Tarixiliyin və müasirliyin vəhdətini uğurlu şəkildə bir araya gətirən Bakı halqası 52 dövrədən ibarətdir və saatın əksi istiqamətində hərəkət edir.
2017-ci ildə azarkeşlər tərəfindən “İlin ən yaxşı yarışı” adına layiq görülən “Formula-1” Azərbaycan Qran-prisi ən sürətli şəhər yarışlarından hesab olunur. Trekdə ən sürətli dövrə rekordu (1:43.009) “Ferrari” komandasının pilotu Şarl Leklerə aiddir.
Xatırladaq ki, artıq beş dəfə keçirilməsinə baxmayaraq, bu vaxta qədər heç bir “Formula-1” pilotu Bakıda iki dəfə qalib gəlməyi bacarmayıb. Bu məqam hətta pilotlar arasında “Bakı sindromu” adlandırılır.
Azarkeşlərin, marşalların və könüllülərin təhlükəsizliyini təmin etmək məqsədilə trek ətrafında 3600-ə yaxın beton blok quraşdırılıb.
Bakı Şəhər Halqasında doqquz tribuna yerləşir. Ən böyük tribuna 5500 tamaşaçı tutumu olan Abşeron tribunasıdır. Ən kiçik tribuna isə Sahil (456 tamaşaçı tutumlu) tribunasıdır.
“Formula-1” Azərbaycan Qran-prisini canlı izləmək üçün ümumilikdə tribunalarda 16 700 oturacaq quraşdırılıb.
İçərişəhər – trekin ən tarixi tribunasıdır, İçərişəhərin Qoşa qala qapılarının girişində yerləşir. Buradan azarkeşlər yarışı izləməklə bərabər, tarixi qala divarlarının mənzərəsindən də zövq ala bilirlər. İçərişəhər tribunası 900 nəfər tamaşaçı tutumuna malikdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fidan və İshaq Dar Trampın son bəyanatını müzakirə ediblər
18:43 23.03.2026
Gündəm
Tramp İrandan zənginləşdirilmiş uranı istəyəcəklərini bildirib
18:35 23.03.2026
Dünya
Tramp: Müctəba Xameneinin ölməyini istəmirəm
18:19 23.03.2026
Gündəm
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya