"Benfika"ya gedən Mourinyo danışdı: "Əslində, düşünmürdüm"
10:36 18.09.2025
İdman
256
Portuqaliyalı baş məşqçi Joze Mourinyo "Benfika" klubuna rəhbərlik etmək təklifini böyük məmnuniyyətlə qəbul etdiyini bildirib. Baş məşqçi müqaviləni yekunlaşdırmaq üçün Portuqaliyaya uçub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Sportarena.com nəşri yazıb.
"Təyyarəyə minməzdən əvvəl məndən "Benfika"nı çalışdırmaqda maraqlı olub-olmadığımı soruşdular. Cavab verdim ki, bəli, bu, mümkündür. "Benfika" rəsmi şəkildə mənə təkliflə müraciət etdi. Onlara xaricdə olduğumu və Portuqaliyaya qayıtdıqdan sonra məmnuniyyətlə əlaqə saxlayacağımı dedim", - o bildirib.
"Mənə "Benfika"nı çalışdırmaq təklif olunduqda bir saniyə belə düşünmədim: mən bunda maraqlıyam", - deyə məşqçi qeyd edib.
"Mən Bruno Lajeyə böyük hörmətlə yanaşıram, çünki eyni şeyi özüm də yaşamışam. Üstəlik də bunun üstündən elə də çox vaxt keçməyib. Ayyarım əvvəl onun haqqında dediklərimi təkrarlayacağam: o, bir qrup vacib oyunçuya malik əla məşqçidir. Və bilirsiniz, mən tam olaraq ədalətli oyun nümunəsi deyiləm. Onu təbrik etmək və qələbəyə layiq olan ən yaxşı oyunçuların qalib gəldiklərini demək... asan deyildi... Mən Brunoya hörmət edirəm və ona karyerasında uğurlar arzulayıram", - deyə Joze Mourinyo əlavə edib.
"Mən əvvəlki klubumdan üç-dörd həftə əvvəl ayrıldım və mövsümün sonuna qədər məşqçilik etməməyi düşünmürdüm, bu, mənim təbiətimdə deyil. Əslində, məşqçiliklə məşğul olmağı istəyirdim, öz-özümə dedim ki, emosional tarazlıq tapmalıyam, çünki sırf işgüzar olduğum üçün uyğun olmayan hansısa klubu qəbul etmək istəmirdim. İndiki halda, mənə "Benfika"nı çalışdırmaq təklifi gələndə mən bir an belə tərəddüd etmədim, çünki bu mənə maraqlıdır, bu mənim xoşuma gələcək", - deyə o vurğulayıb.
Xatırladaq ki, daha əvvəl "qartallar"ın rəhbərliyinin Mourinyo ilə razılığa gəldiyi bildirilirdi. Tərəflər yaxın vaxtlarda əməkdaşlıqlarını rəsmən elan edəcəklər.
Mourinyo 2000-ci ildə "Benfika"da çalışsa da, 10 matçdan postunu tərk edib. Məşqçilik karyerası ərzində Joze "Porto", "Çelsi", "İnter", "Real", "Mançester Yunayted", "Tottenhem" və "Roma"ya rəhbərlik edib - ümumilikdə portuqaliyalı iki avrokubok da daxil olmaqla, 26 kubok qazanıb.
Jozenin son iş yeri isə "Fənərbağça" olub. Lakin Çempionlar Liqası təsnifatının pley-off mərhələsində "Benfika"ya uduzduqdan sonra türk klubunun rəhbərliyi Mourinyonu istefaya göndərib.
"Benfika" isə Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"a sensasiyalı məğlubiyyətdən sonra Bruno Lajeni istefaya göndərdiyini açıqlayıb.
"Qartallar" növbəti oyununu sentyabrın 20-də Portuqaliya liqasında AFS-yə qarşı keçirəcək.
İnsayder Fabritsio Romano isə "X" sosial şəbəkəsində məlumat verib ki, "Benfika" klubu Joze Mourinyonun keçidini yekunlaşdırmaq üzrədir.
Onun sözlərinə görə, şifahi razılaşma 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulub. Müqavilə imzalanmağa hazırdır. Razılaşmanın 24 saat ərzində yekunlaşacağı gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evlərdən məişət əşyalarını oğurlayan şəxs saxlanıldı
16:31 29.01.2026
Hadisə
ABŞ səfirliyi "Qarabağ"ı təbrik edib
15:52 29.01.2026
Futbol
Müharibənin ayaq səsləri: ABŞ “divinə” qarşı İran “canavarı”
15:45 29.01.2026
Gündəm
Avropa müdafiə xərclərini sürətlə artırır
15:43 29.01.2026
Dünya
100-ə yaxın məktəbli infeksiyaya yoluxub
15:37 29.01.2026
Sağlamlıq
İran gəmisi Xəzərdə qəzaya uğradı
15:33 29.01.2026
Hadisə
Ramzan Kadırov Ukrayna ilə danışıqların əleyhinədir
15:24 29.01.2026
Dünya
Kreml İran və ABŞ-ı güc tətbiqindən imtina etməyə çağırıb
14:21 29.01.2026
Dünya
"Qalatasaray" 35 milyona La Liqadan futbolçu transfer edir
14:07 29.01.2026
Futbol
Azərbaycan Bolonya sistemindən imtina etməyəcək - EKSPERT
14:04 29.01.2026
Elm və Təhsil
Rusiya 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib - YENİLƏNİB
13:58 29.01.2026
Dünya
KİV: Moskva və Kiyev enerji atəşkəsi ilə bağlı razılığa gəlib
13:46 29.01.2026
Dünya
Bilal Ərdoğan Bakıda restoran açır
13:36 29.01.2026
Gündəm
Hakan Fidan ABŞ-nin xüsusi nümayəndəsi ilə görüşdü
13:32 29.01.2026
Dünya