"Beşiktaş" açıqladı: Sergen Yalçın anju edildi

"Beşiktaş", Sergen Yalçının uğurlu bir anju əməliyyatı keçirdiyini açıqlayıb.

Sherg.az klubdan verilən məlumata istinadən xəbər verir ki, 53 yaşlı Yalçın bu səhər əməliyyat olunub və prosedur uğurla tamamlanıb.

"Qara-ağlılar"ın açıqlamasında deyilir:

“Baş məşqçimiz Sergen Yalçın bu səhər uğurlu bir anjio əməliyyatı keçirmişdir.

Sergen Yalçının ən qısa zamanda sağlığına qovuşmasını arzulayır, keçmiş olsun dileklərimizi bildiririk.”