"Beşiktaş"da Sergen Yalçın “şapkadan dovşan çıxardı”!
11:54 15.09.2025
İdman
423
Cəsarətli gedişləri ilə qələbədə əsas rol oynayan Sergen Yalçın böyük alqış qazanıb
"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın cəsarətli və gözlənilməz gedişləri ilə "Başakşehir" oyununa damğa vurdu. Rafa Silva və Abraham oyundan çıxdıqdan sonra El Bilal Toure və Cengiz Ünderin vurduğu qollar “Qartal”ı qələbəyə daşıyıb.
Sherg.az xəbər verir ki, "Beşiktaş"da Ole Gunnar Solskjaerin yerinə vəzifəyə gətirilən baş məşqçi Sergen Yalçın, "Alanyaspor" səfərindən xalsız ayrıldıqdan sonra ilk qələbəsini "Başakşehir" qarşısında qazanıb. "Ağ-qara" komandanın baş məşqçisi kimi 1386 gündən sonra Dolmabahçəyə çıxan Yalçın ikinci hissədəki “sehrli qərarları” ilə oyuna damğa vurub.
71-ci dəqiqədə yediyi gözlənilməz qolla geri düşən “Qartal”da Sergen Yalçın 73-cü dəqiqədə Rafa Silvanı Cengiz Ünderlə əvəz edib. Cengizi sağ cinahda oynadan Yalçın Vaclav Çernini 10 nömrə mövqeyinə çəkib. "Beşiktaş" cəmi bir dəqiqə sonra Çerninin ötürməsində El Bilal Tourenin qolu ilə hesabı bərabərləşdirib.
Qələbəni hədəfləyən Sergen Yalçın 82-ci dəqiqədə gündəmində olmayan Abrahamın yerinə Milot Raşiçanı meydana buraxaraq El Bilal Toureni hücumçunun (mərkəz hücumçu) mövqeyinə çəkib. Qırmızı vərəqə alaraq rəqib 10 nəfərlə qaldıqdan sonra təzyiqi daha da artıran "Beşiktaş", Salihin yerinə oyuna girən Demir Egenin ötürməsi ilə Cengizin qolunu ilə qələbəyə çatıb.
Cəsarətli gedişləri ilə qələbədə əsas rol oynayan Sergen Yalçın böyük alqış qazanıb. Xüsusilə Yalçının “Verin mənə, çox deyil, bir ayda liqanın ulduzu edərəm” dediyi Cengizin qələbə qolunu vurması təcrübəli məşqçini haqlı çıxarıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm