Birinci MDB Oyunlarında Azərbaycan komandası üçüncü pillədə qərarlaşıb
03:23 06.09.2021
İdman
449
Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında 3-cü günün yarışları başa çatıb.
Azərbaycan təmsilçiləri bu gün 3 növdə mübarizə aparıblar. Belə ki, kəmər güləşində təsnifat və medal görüşləri keçirilib. Bu növdə kişilərdən Nahid Vəliyev (57 kq) və Məhərrəm Eyvazov (68 kq), qadınlardan isə Sənubər Nəbiyeva (66 kq) və Aytəkin Paşazadə (76 kq) çıxış edib. Onlardan yalnız S.Nəbiyeva cəmi bir görüşdə qalib gələrək bürünc medala layiq görülüb. Bu, həm də Azərbaycanın gün ərzində qazandığı yeganə medal olub. Qalan pəhləvanların hamısı bütün qarşılaşmalardan məğlub ayrılıblar.
Tayboks növündə Musa Nuruzadə (57 kq) və Məhər Əsədzadə (63,5 kq) təsnifat görüşünə çıxıb. M.Nuruzadə döyüşündən məğlub ayrılsa da, M.Əsədzadə erməni rəqibini vaxtından əvvəl nokautla udub.
Basketbolun 3X3 növündə B qrupunda yer alan Azərbaycan millisi isə iki görüş keçirib. İlk qarşılaşmasında Qırğızıstana 16:10 hesabı ilə qalib gələn yığma, növbəti matçında Belarusa uduzub - 12:20. Samit Nuruzadənin baş məşqçi olduğu kollektivdən ən çox xalı Əndər Poladxanlı yığıb. O, Qırğızıstanla görüşdə 9, Belarusla oyunda 4 xal toplayıb.
Sentyabrın 6-da keçiriləcək yarımfinal görüşündə Azərbaycanın rəqibi Rusiya olacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Digər yarımfinal qarşılaşmasında isə Belarus komandası Özbəkistanı sınağa çəkəcək.
Bu nəticələrdən sonra Azərbaycan Oyunlarda 6 qızıl, 4 gümüş və 12 bürünc medal qazanaraq ümumi hesabda 9 iştirakçı ölkə arasında 3-cü pillədə qərarlaşıb. İkinci yerə 33 medalla (13 qızıl, 12 gümüş, 8 bürünc) Özbəkistan yüksəlib. Birinci pilləni isə 60 medalla (34 qızıl, 14 gümüş, 12 bürünc) Rusiya tutub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm