Bu gün Azərbaycanda vacib futbol matçı keçiriləcək
Yusif Nəzərli
09:49 30.10.2021
İdman
313
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.
Oxu.Az-ın xəbərinə görə, tur Zirə qəsəbəsində keçirilən görüşlə start götürəcək. Qəsəbənin eyni adlı klubu “Keşlə” ilə qarşılaşacaq.
Turun mərkəzi görüşü də məhz bu gün baş tutacaq. Belə ki, son illər çempionatda bir-birinə barışmaz rəqib olan “Qarabağ”la “Neftçi” cari mövsüm ikinci dəfə üz-üzə gələcək. Xatırladaq ki, tərəflər arasında ilk görüş III turda baş tutub və “Qarabağ” səfərdə 2:1 qalib gəlib.
Görüşü maraqlı edən məqam bu turadək hər iki komandanın xalının eyni – 17 olmasıdır. Heç-heçə “Qarabağ”ı top fərqinə görə lider saxlayacaq. Ancaq son çempion “Neftçi” cari mövsüm ilk dəfə turnir cədvəlinin lideri olmaq üçün mütləq qələbə qazanmalıdır.
Azərbaycan Premyer Liqası
IX tur
30 oktyabr
16:00 “Zirə” – “Keşlə”
Baş hakim: Rəşad Əhmədov
Bakı. Zirə İdman Kompleksinin stadionu
18:30 “Qarabağ” – “Neftçi”
Baş hakim: Əliyar Ağayev
Bakı. “Azersun Arena”
31 oktyabr
16:00 “Qəbələ” – “Sabah”
Baş hakim: Elçin Məsiyev
Qəbələ şəhər stadionu
18:15 “Sumqayıt” – “Səbail”
Baş hakim: Fərid Hacıyev
Sumqayıt. “Kapital Bank Arena”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Axios: Donald Tramp İrana qarşı hərbi variantları müzakirə edəcək
20:14 18.05.2026
Dünya
Prezident sosial şəbəkə hesablarında WUF13 ilə bağlı paylaşım edib
19:57 18.05.2026
Rəsmi
Rusiyada nikah yaşının aşağı salınması təklif edilir
19:49 18.05.2026
Dünya
“Qarabağ” fransalı vingeri transfer edib
19:40 18.05.2026
Futbol
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm