Çempionlar Liqası: “Qarabağ” Çexiya klubu ilə heç-heçə edib - YENİLƏNİB

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Azərbaycan çempionu Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüşün baş hakimi sloveniyalı FIFA referisi Slavko Vinçiç olub. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.

Xatırladaq ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

21:49

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" Plzen komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

İlk hissədən sonra görüşdə hesab açılmayıb - 0:0.

21:33

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" Plzen komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar - 0:0.

20:47

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" Plzen komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:45-də start götürüb. Matçı Sloveniyadan olan FIFA referisi Slavko Vinçiç idarə edir.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendə olacaq.