Çingiz Hüseynzadə: “Yaponiyada medal qazanmaq elə də asan deyil”
05:47 31.07.2021
İdman
425
“Əlbəttə, 30 iyul bizim üçün əhəmiyyətli gün idi. İlk medalımızı qazandığımız üçün xoşbəxtik. Bu münasibətlə Azərbaycanın bütün idmansevərlərini təbrik edirəm”.
“Report” xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan cüdoçusu İrina Kindzerskayanın (+78 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanması barədə danışarkən deyib.
Onun sözlərinə görə, Olimpiada Yaponiyada keçirildiyindən, cüdoda medalların əksəriyyətini yerli idmançılar qazanıblar:
“Çox təəssüf ki, Azərbaycan cüdoçuları Tokio-2020-də Yaponiya cüdoçuları ilə görüşməli olublar. Təmsilçilərimizin qarşısını alanlar əsasən yerli tatami ustaları olub. Burada təəccüblü heç nə yoxdur. Yaponiyada cüdo növündə medal qazanmaq elə də asan deyil. Bu baxımdan, Kindzerskayanın bürünc medal qazanmasının özü də çox böyük uğurdur. Elə onun çəkisində də olimpiya çempionu adını yaponiyalı Akira Sone qazandı. Kindzerskaya isə yarımfinalda ona uduzdu. Ümumiyyətlə, cüdoçularımızın çoxu çempionlara uduzub”.
Azərbaycan cüdoçularının çıxışını çox da uğursuz saymadıqlarını söyləyən MOK rəsmisinin fikrincə, Yaponiyada medal qazanma şansı çox az idi:
“Bunu biz öncədən də bilirdik. Əsas idman növlərimiz hələ qabaqdadır. İnanıram ki, bu olimpiadada da gözəl nəticələr göstərə biləcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual