Dəqiqləşdi: Futbol millimiz neytral meydanda oynamayacaq
Yusif Nəzərli
16:32 07.02.2022
İdman
740
Belarus və Azərbaycan milli komandaları arasında UEFA Millətlər Liqasının qrup oyununun keçirilmə yeri bəlli olub.
Oxu.Az UEFA-nın saytına istinadən xəbər verir ki, C Liqasının 3-cü qrupunun II turu çərçivəsində baş tutacaq qarşılaşmanın Belarusda keçiriləcəyi dəqiqləşib.
Belə ki, matç Minsk “Dinamo”sunun ev oyunlarını keçirdiyi Milli Olimpiya Stadionunda oynanılacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, Belarusdakı ictimai-siyasi vəziyyətlə əlaqədar sözügedən oyunun neytral ölkədə təşkili gözlənilirdi. Çünki ötən ilin iyununda UEFA öz turnirlərinin bu ölkədə təşkilindən imtina edib. Bu addım Avropa Birliyinin Belarusda İrlandiyaya məxsus “Rayaneyr”ə məxsus təyyarə ilə bağlı insidentlə əlaqədar qərara dəstək üçün verilib. Qitə futbol qurumu 2021-ci ildə bu ölkədə heç bir yarışın olmayacağını açıqlayıb. Nəticədə Belarus yığması dünya çempionatının seçmə mərhələsindəki rəqiblərini Rusiyanın Kazan şəhərində qəbul etməli olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Ər-Riyada hücum etdilər
13:42 20.10.2026
Dünya
“Barselona” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
13:28 20.10.2026
Futbol
Kallas Qara dənizdə hücumlara moratorium qoyulmasını tələb etdi
13:23 20.10.2026
Gündəm
Bağçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik
13:15 20.10.2026
Gündəm
Paşinyan ölkə vətəndaşlarını etirazlara çağırdı
12:35 20.10.2026
Region
Vens: Ukrayna NATO-ya üzv olmamalıdır
12:09 20.10.2026
Dünya
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
11:57 20.10.2026
Hadisə
Azərbaycanda bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
11:39 20.10.2026
Sosial
ABŞ-nin müharibə naziri Netanyahu ilə gizli görüş keçirib
11:13 20.10.2026
Dünya
Qəzzada 500 min fələstinliyə ərzaq yardımı dayandırılır
10:48 20.10.2026
Dünya
Kim Çen Inin səhhəti ilə bağlı şayiələr yayılıb
10:35 20.10.2026
Dünya
Məşhur meyxanaçı vəfat etdi - Foto
10:20 20.10.2026
Hadisə
Rusiya ayıları NATO ölkələrinə “hücum”a keçdilər
10:17 20.10.2026
Dünya
Ağ Ev sözçüsü vəzifəsində cəmi 5 gün qaldı
10:02 20.10.2026
Dünya
Qripdən sonra infarkt riski 16 dəfə arta bilər
09:54 20.10.2026
Sağlamlıq