Emin Əmrullayev federasiya prezidenti seçildi - YENİLƏNİB

Azərbaycan Basketbol Federasiyasının yeni prezidenti seçilib.
Oxu.Az-ın xəbərinə görə, təhsil naziri Emin Əmrullayev federasiyanın yeni prezidenti seçilib.

10:28

Bu gün Azərbaycan Basketbol Federasiyasında Hesabat-Seçki Konfransı keçiriləcək.
Oxu.Az-a verilən məlumata görə, federasiya prezidentinin seçiləcəyi tədbir saat 11:00-da başlayacaq.
Seçki ənənəvi olaraq, Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq.
Qeyd edək ki, Basketbol Federasiyasının prezidenti 1999-cu ildən etibarən Nadir Nəsibovdur. O, 1996-1999-cu illərdə Dövlət Əmlak Komitəsinin (indiki Əmlak Məsələləri Dövlət Komitəsi – red.) sədri işləyib.