Fərid Qayıbov bölgələrdə uşaqların üzgüçülüyə cəlb edilmələrini istəyib
Yusif Nəzərli
18:48 18.12.2021
İdman
529
Gənclər və idman naziri Fərid Qayıbov Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi zonalarında səfərdə olub.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Qayıbov Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Şəki, İsmayıllı və Şamaxı Olimpiya İdman Komplekslərinin, Qobustan idman kompleksinin fəaliyyətləri ilə tanış olub. O, müxtəlif idman növləri üzrə bölmələrin məşq proseslərini izləyib, idmançılarla görüşüb, məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, onların problemləri ilə maraqlanıb.
Həmçinin Qax, Zaqatala, Şəki və Qobustan Uşaq-Gənclər İdman Məktəblərinə baxış olub, mövcud vəziyyət yerində öyrənilib.
Komplekslərin fəaliyyəti ilə tanışlıq zamanı bu idman qurğularının potensialından maksimum dərəcədə yararlanmaq imkanları müzakirə edilib. Nazir komplekslərdə mövcud idman bölmələrində aktivliyin və peşəkar yanaşmanın artırılması, xüsusən də üzgüçülik hovuzlarının imkanlarından səmərəli istifadə etməklə uşaq və gənclərin bu idman növünə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Balakən və Qobustan Gənclər Evlərinin fəaliyyəti ilə tanış olan Fərid Qayıbov, klub və dərnəklərin fəaliyyəti, xidmətlərin səviyyəsi ilə də maraqlanıb. İstedadlı gənclərin yaradıcılıq uğurları barədə məlumat verilib. Həmin mərkəzlərin problemləri ilə maraqlanan nazir burada gənclərə xidmət səviyyəsinin genişləndirilməsinin önəmini qeyd edib, müvafiq tövsiyələr verib.
Görüşlərdə nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva, Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Kadr hazırlığı sektorunun baş məsləhətçisi Ramil Cabbarov və mətbuat katibi Qabil Mehdiyev də iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm