“Formula-1” Rusiya ilə müqaviləyə xitam verdi

“Formula-1” üzrə dünya çempionatının rəhbərliyi Rusiya Qran-prisi ilə bağlı müqaviləyə xitam verib.
Bu barədə qurumun bəyanatında bildirilir.
Bundan əvvəl “Formula-1” rəhbərliyi yarışın sentyabrın 23-dən 25-dək keçirilməli olan Rusiya mərhələsini ləğv etmişdi.