Futbol millimiz Latviyaya da uduzdu - YENİLƏNİB

Latviya millisinin mərkəz müdafiəçisi Kaspar Dubra 89-cu dəqiqədə ikinci sarı vərəqə alaraq komandasını azlıqda qoyub. Bununla belə, Latviya millisi 1:0 hesablı üstünlüyünü sonadək qoruya bilib.
Beləliklə, Azərbaycan millisi Maltada təşkil olunan iki yoxlama matçında da 0:1 hesabı ilə uduzub.
16:47
Vladislav Qutkovski oyunda hesabı açdı. Latviyalı hücumçu baş zərbəsi ilə Səlahət Ağayevi məyus etdi. Komandamız Latviyaya 0:1 hesabı ilə uduzur.
15:57
Millimiz 30-cu dəqiqədən etibarən rəqibə qarşı azlıqda oynayır. “Qarabağ”ın futbolçusu Qara Qarayev rəqibə qarşı cərimə xəttinin yanında kobudluq edib. Maltadan olan hakim onu birbaşa qırmızı vərəqə ilə meydandan qovub. Hazırda matçda hesab açılmayıb.